Icma.az
close
up
RU
Ankarada konfransda Azərbaycanın əməyin mühafizəsi sahəsində təcrübəsi təqdim olunub

Ankarada konfransda Azərbaycanın əməyin mühafizəsi sahəsində təcrübəsi təqdim olunub

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Ankara şəhərində “Gələcəyi birlikdə formalaşdırırıq: hamı üçün dayanıqlı əməyin təhlükəsizliyi və sağlamlığı” mövzusunda 10-cu Beynəlxalq Əməyin Təhlükəsizliyi və Sağlamlığı Konfransı keçirilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konfransda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev tədbir çərçivəsində təşkil olunan “Beynəlxalq yanaşmalar və ölkə təcrübələri” adlı panel müzakirəsində ölkəmizin əməyin mühafizəsi sahəsində təcrübəsi barədə məlumat verib.

O, Azərbaycanda əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində görülən işləri, bu istiqamətdə aparılan islahatları, əmək münasibətləri sahəsində rəqəmsal həllərin geniş tətbiq edildiyini, preventiv yanaşmaları diqqətə çatdırıb. Əməyin mühafizəsi sahəsində əsas məqsədin işçilərin həyat və sağlamlığının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, eləcə də gələcəyin çağırışlarına uyğun çevik və qabaqlayıcı əməyin mühafizəsi sisteminin formalaşdırılması olduğunu vurğulayıb.

Vəli Quliyev çıxışında “Əmək və Məşğulluq” altsisteminin imkanları, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələri, Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə uğurlu əməkdaşlığı barədə məlumat verib. Rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyata keçid və “Vision Zero” yanaşmasının əməyin mühafizəsi sahəsində əhəmiyyəti vurğulanıb.

İki gün davam edən konfrans çərçivəsində əməyin təhlükəsizliyi və sağlamlığının gələcəyi, insan mərkəzli yanaşmalar, beynəlxalq təcrübələr və qabaqcıl tətbiqlərlə bağlı müxtəlif panel və sessiyalar təşkil olunub. Konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.

Konfransdan sonra Vəli Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Rəhbərlik və Təftiş İdarəsinin sədri Erol Güner və Əməyin Təhlükəsizliyi və Sağlamlığı Baş İdarəsinin rəis müavini Eylül Aydın Kutlu ilə görüşüb. Görüşlərdə əmək müfəttişliyi və əməyin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri