Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 13 may, AZƏRTAC
Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, habelə Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları üçün Ankarada təlim təşkil olunub.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında icra edilən Tədbirlər Planına əsasən təşkil olunan təlimlər əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.
Təlimlər ÇASGEM-in beynəlxalq sertifikatlı təlimçiləri tərəfindən keçirilib və "Fiziki risk amilləri", "Kimyəvi risk amilləri", "Erqonomika", "Psixososial risk amilləri" və "Riskin idarəedilməsi və dəyərləndirilməsi" mövzularını əhatə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















