Ankarada kritik görüş: Zelenski Trampdan nə istəyəcək?
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 7-də Ankarada başlayan NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyi danışıqlara nikbin yanaşır.
Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi son günlər Zelenski ilə ünsiyyətdə olmuş mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna lideri Tramp və digər NATO ölkələrinin rəhbərləri ilə görüşlər ərəfəsində optimist əhval-ruhiyyədədir.
Bundan başqa, nəşrin yazdığına görə, Zelenski Ukrayna ilə ABŞ arasında pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlığa dair sazişin imzalanmasını hələlik təxirə salır.
Bildirilir ki, o, daha əlverişli şərtlər əldə etməyə və sazişin yüksək vəzifəli amerikalı rəsmilər tərəfindən daha ciddi qiymətləndirilməsinə çalışır.
Lakin Ukrayna Prezidentinin mətbuat katibi Dmitri Litvin bu iddiaları təkzib edib və sazişin qəsdən gecikdirilməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, Ankarada keçirilən NATO sammiti iyulun 7-8-ni əhatə edir və alyans tarixinin ən qısa sammitlərindən biri olacağı gözlənilir. /Globalinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 İyul 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















