Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Reallıqdan uzaq olan FORMAL MÜNASİBƏTLƏR TƏHLİL

Reallıqdan uzaq olan FORMAL MÜNASİBƏTLƏR TƏHLİL

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan faktiki olaraq guya “hamı ilə” strateji sənədlər imzalamaqdadır və bu imzalananların həqiqətən də “strateji tərəfdaşlıq” olduğuna erməni cəmiyyətini inandırmağa çalışılır. Guya həmin ölkənin artıq Avropa İttifaqı ilə, Almaniya ilə strateji tərəfdaşlıq sənədləri var və hələ əvvəldən də ABŞ, Çin və İrandan da guya daha çox şeylər gözlənilirmiş. Amma ortada olan reallıqlar tamamilə fərqlidir və belə görünür ki, Ermənistan tərəfindən qondarılan “strateji tərəfdaşlıq” termini qlobal miqyasda bir qədər formal xarakter daşıyır. Daha dəqiq desək, Ermənistanın uydurduğu formal münasibətlər reallıqdan tamamilə uzaqdır.

Böyük Britaniya, Hollandiya kimi ölkələrlə strateji tərəfdaşlıqdan dəm vuranlar bunu reallıqda göstərə bilmirlər. Hələ 10 il, 15 il əvvəl “strateji tərəfdaşlıq” deyilənin Ermənistanın indiki mövqeyi ilə eyni olduğunu söyləmək qətiyyən mümkün deyil. Məsələ burasındadır ki, haqqında qeyd olunan “strateji tərəfdaşlıq” mövzusu Ermənistan hökümətinin məhz özünün hansısa güclü tərəfini göstərmək, daha doğrusu, nümayiş etdirmək cəhdi kimi görünür. Həmçinin bunun qismən də seçkiqabağı hadisələrlə bağlı olduğu istisna edilmir. Bəlkə də Ermənistan höküməti erməni cəmiyyəti, daxili auditoriya qarşısında bir şəkildə hesabat verməli olduğunu düşünür və guya həqiqətən də siyasətinin çoxşaxəli olduğunu göstərməyə çalışır. Göstərməyə çalışır ki, guya özlərinin 10-dan çox, bəzən də hətta 20-dən çox ölkə ilə “strateji tərəfdaşlığı” var və bunun qətiyyən inandırıcı olmadığı nəzərə belə alınmır.

Çox uzağa getməyə ehtiyac yoxdur və elə ən yaxın Gürcüstanı nümunə üçün götürdükdə, münasibətlərin formal olduğu öz təsdiqini tapır. Uydurduqları “strateji tərəfdaşlıq” təxminən iki il əvvəl, daha dəqiq desək, 2024-cü ilin yanvarında imzalanıb və indi, hal-hazırda, 2025-ci ilin dekabr ayında bu münasibətlərin reallıqdan tamamilə uzaq olduğu aydın şəkildə ortadadadır. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə Ermənistanla Gürcüstan arasında münasibətlərdə kəmiyyət dəyişiklikləri və ya kəmiyyət artımının olduğunu kimsə iddia belə edə bilməz. Ona görə də cəsarətlə deyə bilərik ki, ümumiyyətlə, bu qondarılan “strateji sənədlər” məzmundan çox forma kimi görünür və reallıqdan çox-çox uzaqdır.

Əsl reallıq odur ki, münasibətlərin yaxşılaşması bir tərəfə, üstəlik, Ermənistanla Gürcüstanın problemləri belə yaranıb. Hal-hazırda əvvəla, erməni konyakının ixracında, bundan başqa həm də propanın idxalında belə problemlər yaranıb. Amma bu vaxta qədər daxili auditoriyaya çatdırılan o idi ki, guya ermənilərin gürcülərlə təkcə adi tərəfdaşlığı yox, xüsusən də “strateji tərəfdaşlığı” var imiş. Görünənlərə nəzər saldıqda isə reallığın belə olmadığı qənaətinə gəlmək heç də çətin deyil. Təbii ki, erməni cəmiyyətində də bu reallıqları görənlər də var və buna görə də həmin o “strateji tərəfdaşlıq” uydurmasına heç də hayların böyük əksəriyyəti inanmır.

Eyni fikirləri Hollandiya haqqında da söyləmək mümkündür. Yəqin ki, “strateji tərəfdaşlıq” var deyənlər düz bir il ərzində “heç bir fərq” olmadığını özləri də hamıdan yaxşı bilirlər. Bilmirlərmi ki, heç bir kəmiyyət dəyişikliyi belə olmayıb? Yaxşı bilirlər. Yaxşı bilirlər ki, Hollandiya sərmayəsi, yaxud Hollandiyaya ixrac və ya Hollandiyadan idxal qətiyyən artmayıb. Əgər nəinki keyfiyyət, hansısa kəmiyyət dəyişikliklərindən belə danışmaq mümkün deyilsə, hansı “strateji tərəfdaşlıq”dan dəm vurmaq olar? Bütün bu sadalananlara yaxşı halda, formal münasibətlər deyilsə, zənnimizcə daha doğru və münasib olar...

Yaxud, daha bir nümunə olaraq, məsələn, Çinlə də uydurulan “Strateji tərəfdaşlıq” məsələsini də nəzərdən keçirdikdə görürük ki, münasibətlərdə zərrə qədər də dəyişiklik yoxdur. Bəli, dörd ay əvvəl hansısa “strateji tərəfdaşlıq” imzalandığı və Çinin artıq Ermənistan üçün guya ikinci ən böyük ticarət tərəfdaşı olduğu barədə uydurmalar dövriyyəyə buraxıldı. Hətta, utanmadan, Çinin məhz 2025-ci ildə Ermənistan üçün ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalacağı da iddia olundu. Amma haylar reallıqda qətiyyən Çin sərmayəsini öz ölkələrində görmürlər. Hətta Ermənistanda hansısa ilkin layihələrin olduğunu da müşahidə edən yoxdur. Hansısa Çin şirkətinin, məsələn, bir milyard, yaxud, yarım milyard dollar sərmayə qoyduğunu və Ermənistanda fabrik açdığını kimsə deyə bilməz, çünki belə bir hadisə baş verməyib. Deməli, bu da formaldır...

Hazırda Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur ki, bu yaxınlarda Brüsseldə Ermənistan və Aİ, daha sonra isə Almaniya arasında strateji tərəfdaşlıq gündəliyi imzalanıb. Brüssel rəsmiləri Rusiyanı hibrid hücumlar və informasiya müharibəsi başlatmaqda ittiham etsə də, Ermənistan tərəfi öz bəyanatlarında sən demə, guya daha “təmkinli” olub. Həmçinin, qeyd olunur ki, Paşinyan Berlin səfərindən sonra Moskvaya da gedib. Sual da olunur ki, görəsən, bu nəyi göstərir? Bu, guya ki, Ermənistanın xarici siyasətinin rasionallaşdırılmasından, daha böyük praqmatizmdən xəbər verirmiş. Əslində, reallıq tamamilə başqa və eyni zamanda fərqlidir...

İlk növbədə, Avropa İttifaqı ilə hansısa yeni sənədin guya imzalanması diqqəti cəlb edir. Belə qeyd olunur ki, yeni sənədin imzalanması ilə bağlı danışıqlar əslində, 2024-cü ilin əvvəlində başlayıb və həmin sənədin adı sadəcə olaraq “Yeni Tərəfdaşlıq Gündəliyi” olub. Məsələ burasındadır ki, “strateji” sözü cəmi bir neçə ay əvvəl ortaya çıxıb. Belə görünür ki, bu, yəni, “strateji” sözü Ermənistanın uydurması olub, çünki artıq sənəd demək olar ki, çoxdan razılaşdırılmış idi. Göründüyü kimi, Ermənistan tərəfi sonradan düşünüb ki, niyə də bu, “Strateji Tərəfdaşlıq Gündəliyi” və ya “Strateji Tərəfdaşlıq” adlandırılmasın axı? Deməli, “strateji” sözü sözün əsl mənasında bir neçə ay əvvəl, sənədin özü az qala razılaşdırıldığı vaxt əlavə edilib. Bir sözlə, yenə də formal olaraq...

Baş nazir Nikol Paşinyanın Almaniyaya səfəri bu məqamda diqqəti cəlb edir. Xüsusən də haylar üçün diqqət cəlb edən məqam sayılır. Elə buna görə də onların özləri üçün də bir çox suallar doğurur. Məsələ burasındadır ki, Almaniya özü bir ölkə olaraq, heç də tənəzzüldən yaxa qurtara bilmir. Maraqlıdır, Almaniya ilə bağlı nə baş verir? Reallıq budandan ibarətdir ki, almanlar üç ildir ki, nisbətən ucuz qiymətə Rusiya enerjisini artıq ala bilmirlər. Görünən odur ki, Almaniya iqtisadiyyatı özü də son üç ildə tənəzzülə uğrayıb. Almaniya ixrac iqtisadiyyatına sahibdir və hazırda bu ölkənin ixracla bağlı böyük problemləri var. Çünki Almaniya malları bahalaşır, üstəlik Trampın tarif siyasəti də öz “təsirini” göstərir. Yenə də düşündürücü olan müəmmalı məqamlar var. Hər halda, həmin düşündürücü məqamları erməni cəmiyyəti daha həssas şəkildə nəzərə almalıdır. Nəzərə almalıdır ki, Ermənistanın yox dərəcəsində olan iqtisadiyyatını tamamilə məhv etmək kimi bir təhlükə qarşısındadır. Bununla belə, Ermənistan hökuməti başa düşür ki, iqtisadiyyat tamamilə məhv olarsa, seçkilərdə qalib gəlmək barədə düşünməsi də mümkün deyil. Hər halda, formal münasibətlər deyil, real, düşünülmüş və səmərəli münasibətlər qurmaq, hansısa qondarma “strateji tərəfdaşlıq” uydurmalarındansa, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, sülh şəraitində əməkdaşlıq etmək, region üçün aktual olan layihələrdə iştirak etmək daha sərfəli, daha səmərəli və daha uğurlu olar. Heç şübhəsiz ki, bu yanaşma belə reallıqdan uzaq olan formal münasibətlərdən daha doğru yanaşmadır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see422

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see241

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see223

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see216

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see215

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see212

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see209

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see207

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see202

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see192

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see192

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see188

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see187

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see185

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see184

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see178

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see174

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see167

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri