Icma.az
close
up
RU
Antarktidanın 1300 metr dərinliyində “isti dünya” aşkarlandı

Antarktidanın 1300 metr dərinliyində “isti dünya” aşkarlandı

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər Antarktida dənizinin buzlarla örtülü səthindən təxminən 1300 metr aşağıda, indiyədək yalnız nəzəriyyələrdə mövcud olan qeyri-adi və “isti” bir sualtı aləmi birbaşa müşahidə etməyə nail olublar.

Sherg.az xarici mediayaistinadən xəbər verir ki, Koreya Qütb Tədqiqatları İnstitutu (KOPRI) bildirib ki, “Araon” adlı buzqıran tədqiqat gəmisi ilə həyata keçirilən ekspedisiya zamanı Antarktidanın okean ortası silsiləsində yerləşən hidrotermal bacalar ilk dəfə birbaşa araşdırılıb. Tədqiqat qrupu bu məqsədlə pilotsuz sualtı aparatdan istifadə edib. KOPRI bunu dünya miqyasında ilk belə uğur kimi qiymətləndirib.

Ekspedisiya Koreyanın Antarktidadakı Canqboqo stansiyasından təxminən 1200 kilometr uzaqlıqda yerləşən, indiyədək birbaşa müşahidə aparılmamış dəniz bölgəsində həyata keçirilib. Antarktidanın dərin sularındakı sərt şərait bu əraziyə çıxışı son dərəcə çətinləşdirdiyindən, alimlər indiyədək yalnız dolayı üsullarla – nümunə toplama avadanlıqları vasitəsilə – araşdırma aparırdılar.

Bu səbəbdən hidrotermal bacaların dəqiq yeri, yayılma arealı və ekoloji quruluşu yalnız ehtimallara əsaslanırdı. Yeni ekspedisiya isə alimlərə dərin dəniz mühitini ilk dəfə birbaşa müşahidə etmək və yerində məlumat toplamaq imkanı verib.

Antarktidanın səth suları mənfi 1 dərəcə ətrafında dəyişən temperaturu ilə buzlu və son dərəcə soyuq mühit hesab olunur. Lakin minlərlə metr dərinlikdə yerləşən hidrotermal bacalar Yer qabığındakı çatlar vasitəsilə 300 dərəcədən artıq qızmış mayeləri okeana püskürdür. Bu da səthdəki buzlu mühitdən tamamilə fərqlənən “isti dünya” yaradır.

Hidrotermal bacalar okean suyunun Yer qabığındakı çatlara daxil olub magma ilə qızması nəticəsində formalaşır. Qızan su hidrogen-sulfid, metan, dəmir, mis və sink kimi minerallarla zənginləşərək yenidən okeana qayıdır. Dərinlikdə yüksək təzyiq hökm sürdüyündən bu mayelər 300 dərəcədən yüksək temperaturda belə qaynamadan maye halda qalır.

Bu mühitdə Günəş işığı olmadığı üçün fotosintez mümkün deyil. Buna baxmayaraq, burada həyat kemosintez hesabına mövcuddur. Mikroorqanizmlər hidrotermal bacalardan çıxan kimyəvi maddələri parçalayaraq enerji və üzvi maddə yaradır, bunun üzərində isə tamamilə fərqli ekosistem formalaşır.

Alimlərin sözlərinə görə, bəzi canlılar öz bədənlərində və ya səthində simbiotik mikroorqanizmlər daşıyaraq birbaşa onlardan enerji alır.

Tədqiqat qrupu bölgədə ümumilikdə 350 kiloqrama yaxın mineral nümunəsi toplayıb. Bundan əlavə, sualtı aparata quraşdırılmış robot qollar və xüsusi sorucu sistemlər vasitəsilə 12 dərin dəniz orqanizmi nümunəsi əldə olunub. Toplanan nümunələr arasında süngərlər, bağırsaqboşluqlular və dərisitikanlılar da var.

Koreyalı alimlər bəzi nümunələrin elmə indiyədək məlum olmayan yeni növlər ola biləcəyini bildirirlər. Onların fikrincə, bu canlılar ekstremal şəraitdə yaşadıqları üçün elmə yeni ekoloji uyğunlaşma mexanizmləri barədə mühüm məlumat verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 May 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri