Icma.az
close
up
RU
Antiazərbaycan qüvvələrə mesaj

Antiazərbaycan qüvvələrə mesaj

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Zəngilan şəhərinin ilk yaşayış kompleksinə köçən sakinlərlə görüşən Prezident cənab İlham Əliyevin Azərbaycan xalqının layiq olduğu Zəfərə aparan yolda keçdiyi ağır və şərəfli tarixi proseslər barədə söylədiyi fikirlər bir daha hər bir azərbaycanlıda qürur hissi yaratmaqla yanaşı, antiazərbaycan qüvvələrinə də bir mesaj oldu. Sözsüz ki, bu böyük Qələbənin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz, qorxaq və satqın rəhbərləri dövlətimizi məhvə sürükləyirdi. Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı, ermənilər şəhər və kəndlərimizi işğal edirdi.

Xalqımız böyük müdriklik göstərərək 1993-cü ildə Ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi,  güclü dövlət qurmaq konsepsiyasını yaratdı. O, hər zaman torpaqlarımızı işğaldan azad edəcəyimizi və mütləq bu torpaqlara qayıdacağımızı vurğulayırdı. Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq inkişaf etdirən Prezident cənab İlham Əliyev  bütün çıxışlarında bir nömrəli vəzifəsinin torpaqlarımızı işğaldan azad etmək olduğunu vurğulayırdı. Hər zaman Prezidentimizin ətrafında sıx birləşən xalqımız 2020 və 2023-cü illərdə də öz Liderinin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi, suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olundu. Torpaqlarımızı işğalda saxlamaq üçün bir sıra beynəlxalq təşkilatlar və dövlətlər əllərindən gələni əsirgəmirdilər. Prezident cənab İlham Əliyev Zəngilan sakinləri ilə görüşdə ATƏT-in Minsk qrupunun da Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fəaliyyət apardığını vurğuladı. Minsk qrupunun məqsədi bu münaqişəni sonsuzluğa qədər uzatmaq və bizi işğalla barışmağa sövq etmək idi. Prezident cənab İlham Əliyev Minsk qrupunun fəaliyyətini tamamilə neytrallaşdıraraq böyük iradə, qətiyyət və müdriklik nümayiş etdirdi, xalqımıza böyük Zəfəri ərmağan etdi. Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini müharibədə qalib etməklə yanaşı, Cənubi Qafqaz regionunda sülhü, sabitliyi bərqərar etdi. Müharibədən əvvəl, müharibə zamanı və postmüharibə dövründə olduğu kimi,  bu gün də Prezident Makron və onun Administrasiyası bu reallığı qəbul etmək istəmir.  Artıq dünya ictimaiyyəti, eləcə də nəhəng və qüdrətli dövlətlər Azərbaycanın sülh təşəbbüsünü dəstəkləyir.

Bu gün Zəngilan işğaldan azad edilmiş digər ərazilərimiz kimi, yenidən qurulur və daha da inkişaf etdirilir. Artıq Zəngilan tək Azərbaycan üçün deyil, Avrasiya məkanı üçün də strateji mərkəzə çevrilməkdədir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağı Zəngilandan keçəcək. Şimaldan Cənuba, Şərqdən Qərbə daşınan yüklər Zəngilandan keçəcək ki, bu da rayonun inkişafına, eləcə də Azərbaycanın iqtisadiyyatına böyük töhfələr  verəcək.

Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Zəngilandan keçən Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşəcək və Avropanı Asiya ilə birləşdirən Orta dəhlizin bir hissəsinə çevriləcək. Bu, tək region dövlətləri üçün deyil, Avrasiya məkanında yerləşən ölkələr üçün də çox önəmli olacaq. Zəngilanda çıxışı zamanı ölkə başçımız bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sülhün, sabitliyin yaranması siyasətini həyata keçirir və heç bir xarici qüvvə bizi bu yoldan döndərə bilməz.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 13 May 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri