Antibiotiklər virusları öldürmür Pediatr valideynləri xəbərdar etdi
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Antibiotiklər viruslara təsir etmir. Onların virus infeksiyalarına qarşı heç bir effekti yoxdur, əksinə, zərər verə bilər.
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.
Onun sözlərinə görə, antibiotiklərin həddindən artıq və ya əsassız istifadəsi zamanı həmin dərmanlara qarşı dözümlülük yaranır. Bu isə gələcəkdə ciddi bakterial infeksiyalar zamanı antibiotiklərin təsirsiz qalmasına səbəb ola bilər:
"Özbaşına dərman qəbul etmək yolverilməzdir və əgər qızdırma 3 gündən artıq davam edərsə, mütləq həkimə müraciət olunmalıdır. 38 dərəcəyədək qızdırma olduqda ümumiyyətlə qızdırma salınmamalıdır".
Əlavə edib ki, peyvəndlər virus infeksiyalarına yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır. Peyvənd olunan uşaqlar xəstələnsələr də, xəstəliyi daha yüngül keçirir və ağırlaşmaların qarşısı alınır. Bundan başqa, peyvənd olunan uşaqlar daha az xəstələnir və onların məktəbə davamiyyəti artır:
"Peyvəndlərin zərərli olması ilə bağlı cəmiyyətdə yayılan fikirlər yanlışdır. Peyvənd vurulduqdan sonra uşaqlarda yüngül qızdırma və ya inyeksiya yerində qızartı müşahidə oluna bilər. Lakin bu, müvəqqəti haldır".
Bildirib ki, ölkəyə yüksək keyfiyyətli peyvəndlər gətirilir və dövlət tibb müəssisələrində onlar ödənişsiz tətbiq olunur:
"Valideynlərə tövsiyə edirəm ki, peyvənd cədvəlinə uyğun olaraq və həkim məsləhəti ilə uşaqlarına bütün zəruri peyvəndləri vurdursunlar".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















