Antoni üçün şad xəbər
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
İcarə əsasında "Betis"də çıxış edən "Mançester Yunayted"in futbolçusu Antoninin cəzası ləğv olunub.
QOL.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
La Liqanın 25-ci turunda "Xetafe" ilə matçda (2:1) braziliyalı vingerə qırmızı vərəqə göstərilib. O, bu səbəbdən martın 1-də "Real"a qarşı keçiriləcək görüşdə iştirak etməməli idi. Lakin onun cəzası yenidən baxılıb və ləğv olunub.
Qeyd edək ki, Antoni "Betis"in heyətində 6 matça çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib. Onun İspaniya klubunda icarə müddəti mövsümün sonuna qədərdir.
Baxış sayı:64
Bu xəbər 26 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















