Icma.az
close
up
RU
Antonio Quterreş: Maliyyələşdirmə sədəqə deyil, dağıntılara və iqlim xaosuna qarşı investisiyadır

Antonio Quterreş: Maliyyələşdirmə sədəqə deyil, dağıntılara və iqlim xaosuna qarşı investisiyadır

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur.

Bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur: “Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.

A.Quterreş bildirib ki, Rioda keçirilən G20 sammitindən yenicə qayıdıb və COP29 orada gündəliyin mühüm hissəsi olub:

"Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil".

BMT-nin Baş katibi vurğulayıb ki, bu həm qısamüddətli fəaliyyətləri, həm də yeni milli iqlim planlarının hazırlanmasında ambisiyaları təhlükə altına ala bilər.

O bildirib ki, bu, qaçılmaz olaraq Braziliyada COP30-un uğurunu çətinləşdirəcək: "Bakıda ambisiyalı yeni iqlim maliyyələşdirmə hədəfi barədə aydın Sazişə ehtiyacımız var. Bu hədəf öz müxtəlif komponentləri vasitəsilə inkişaf etməkdə olan ölkələr üçün lazım olan maliyyəni səfərbər etməlidir”.

“Bütün tərəflərin 1,5 dərəcə hədəfinə uyğun yeni milli planlar təqdim edə bilməsi, hər bir hökumətin təmiz, ucuz bərpa olunan enerji mənbələrindən və ədalətli enerji keçidindən faydalanması, eyni zamanda emissiyaların azaldılmasını sürətləndirməsi üçün maliyyələşdirmənin artırılması lazımdır”, - A.Quterreş qeyd edib.

Baş katibin sözlərinə görə, Paris Sazişinə fokuslanmış beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir: "Geosiyasi fikir ayrılıqları və qeyri-müəyyənlik fonunda dünya ölkələrin birləşməsinə ehtiyac duyur".

O, nazirlərə və danışıqlar aparanlara müraciət edib: "Sərt mövqeləri yumşaldın. Fikir ayrılıqlarınızdan çıxış yolu tapın. Daha geniş olan mənzərəni gözdən qaçırmayın! Maliyyələşdirmə sədəqə deyil. Bu, nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı investisiyadır. Yer üzərindəki hər bir millət üçün daha təhlükəsiz, daha firavan gələcəyə ilk töhfədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see137

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see135

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see131

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see130

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see128

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see122

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see121

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see121

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see121

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see120

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see116

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see113

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see113

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see112

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri