Icma.az
close
up
RU
Antonio Quterreş: Maliyyələşdirmə sədəqə deyil, dağıntılara və iqlim xaosuna qarşı investisiyadır

Antonio Quterreş: Maliyyələşdirmə sədəqə deyil, dağıntılara və iqlim xaosuna qarşı investisiyadır

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur.

"Report” xəbər verir ki, bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur: "Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.

A.Quterreş bildirib ki, Rioda keçirilən G20 sammitindən yenicə qayıdıb və COP29 orada gündəliyin mühüm hissəsi olub:

"Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil".

BMT-nin Baş katibi vurğulayıb ki, bu həm qısamüddətli fəaliyyətləri, həm də yeni milli iqlim planlarının hazırlanmasında ambisiyaları təhlükə altına ala bilər.

O bildirib ki, bu, qaçılmaz olaraq Braziliyada COP30-un uğurunu çətinləşdirəcək: "Bakıda ambisiyalı yeni iqlim maliyyələşdirmə hədəfi barədə aydın Sazişə ehtiyacımız var. Bu hədəf öz müxtəlif komponentləri vasitəsilə inkişaf etməkdə olan ölkələr üçün lazım olan maliyyəni səfərbər etməlidir”.

"Bütün tərəflərin 1,5 dərəcə hədəfinə uyğun yeni milli planlar təqdim edə bilməsi, hər bir hökumətin təmiz, ucuz bərpa olunan enerji mənbələrindən və ədalətli enerji keçidindən faydalanması, eyni zamanda emissiyaların azaldılmasını sürətləndirməsi üçün maliyyələşdirmənin artırılması lazımdır”, - A.Quterreş qeyd edib.

Baş katibin sözlərinə görə, Paris Sazişinə fokuslanmış beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir: "Geosiyasi fikir ayrılıqları və qeyri-müəyyənlik fonunda dünya ölkələrin birləşməsinə ehtiyac duyur".

O, nazirlərə və danışıqlar aparanlara müraciət edib: "Sərt mövqeləri yumşaldın. Fikir ayrılıqlarınızdan çıxış yolu tapın. Daha geniş olan mənzərəni gözdən qaçırmayın! Maliyyələşdirmə sədəqə deyil. Bu, nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı investisiyadır. Yer üzərindəki hər bir millət üçün daha təhlükəsiz, daha firavan gələcəyə ilk töhfədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see203

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see198

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see195

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see172

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see166

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see136

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see123

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri