Icma.az
close
up
RU
Apple ın əfsanəvi simasından Tramp və Maska ağır sözlər

Apple ın əfsanəvi simasından Tramp və Maska ağır sözlər

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak adətən texnologiya dünyasının sakit liderlərindən biri kimi tanınsa da, bu dəfə İlon Mask və Donald Tramp haqqında sərt fikirlər səsləndirib.

Qaynarinfo xəbər verir ki, bir vaxtlar Maskı dəstəkləyən Voznyakın artıq texnologiya nəhəngi barədə fikrini dəyişdiyi görünür.

Stiv Cobsla ilə yanaşı "Apple" əfsanələrinin ən önəmlilərindən hesab olunan Voznyak adətən sakit açıqlamaları və dəqiq proqnozları ilə seçilir. Lakin fərdi kompüter inqilabının əsas simalarından biri olan Voznyak CNBC kanalına müsahibəsində həm İlon Maskı, həm də Donald Trampı kəskin tənqid edib. O, hər iki şəxsi federal hökumətə "çəkiclə zərbə vuran zorakılar" adlandırıb.

Voznyak hökumətdəki səmərəsizliklərin araşdırılmasının vacibliyini bildirərək, bu məsələyə fərqli yanaşmanı müdafiə edib. Onun fikrincə, büdcə kəsintiləri və fəaliyyət dayandırmaları "çəkickə deyil, neştərlə" həyata keçirilməli idi. Bu məqsədlə geniş analizlər aparacaq böyük bir departamentin yaradılmasını təklif edib.

Lakin Voznyakın sözlərinə görə, Mask və rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamenti ("DOGE") komandası "öncə vur, sonra soruş" prinsipilə fəaliyyət göstərir. Bu yanaşma isə hökumət müqavilələrinin demək olar ki, təsadüfi şəkildə ləğvinə və gələcəkdə yenidən işə götürülməsi lazım olan əməkdaşların işdən çıxarılmasına səbəb olur. Voznyak xüsusilə nüvə proqramları və hava hərəkətinə nəzarət kimi kritik sahələrdə mütəxəssislərin işinin əhəmiyyətinə diqqət çəkib.

Müsahibədə Voznyak Mask barədə müsbət fikir bildirməkdən çəkinərək deyib: "Maska nə olduğunu bilmirəm. Böyük şirkətlərdə çox varlı olduğunuzda, zirvədə olmağın təsiri ilə özünüzü dünyanın ən inanılmaz və ən ağıllı insanı kimi görməyə başlayırsınız və digərlərinə nə etməli olduqlarını diktə edirsiniz".

Voznyak Mask və Trampın idarəetmə tərzini "zorakılıq" kimi xarakterizə edib.

Xatırladaq ki, bir vaxtlar Maskın ən böyük dəstəkçilərindən biri olan Voznyak əvvəllər də ona qarşı tənqidlər səsləndirmişdi. 2017-ci ildə "Mask və "Tesla" ətrafında həddindən artıq həyəcan olduğunu" bildirərək şirkəti şişirdilmiş vədlər verməkdə ittiham etmişdi. 2018-ci ildə isə bu tənqidləri daha da sərtləşdirərək demişdi: "İlon Maskın və ya "Tesla"nın dediyi heç nəyə inanmıram".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri