Icma.az
close
up
RU
Aqrar İnkişaf Könüllüləri Gənclər Gününə həsr edilmiş konfrans keçirib

Aqrar İnkişaf Könüllüləri Gənclər Gününə həsr edilmiş konfrans keçirib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr edilmiş konfransı keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Aytac Cabbarova, təşkilatın regionlar üzrə nümayəndələri və könüllülər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov bu günün gənclərin cəmiyyətdəki rolunu vurğulamaq və onların inkişafına dəstək vermək məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə təsis edildiyini xatırladıb, Gənclər Günü münasibətilə könüllüləri təbrik edib. Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan söz açan İlham Süleymanov aqrar inkişaf könüllülərinin timsalında hər zaman gənclərin inkişafının dəstəkləndiyini vurğulayıb. Şöbə müdiri gənclərin aqrar sahədə təhsil alması, praktik təcrübə qazanması və bu sahədəki yenilikləri mənimsəməsinin gələcək inkişafa mühüm töhfə verəcəyinə əminliyini bildirib, könüllülərə aktiv fəaliyyətə görə təşəkkür edib.

Daha sonra tədbirdə çıxış edən Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Aytac Cabbarova könüllülüyün yaranma tarixi, gənclərin hərtərəfli inkişafı üçün həyata keçirilən tədbirlər və ölkə həyatında fəal iştirakına toxunublar. Aytac Cabbarova “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının fəaliyyətində könüllülərin rolu, onların kənd təsərrüfatının inkişafında göstərdikləri dəstək barədə məlumat verib. Bildirilib ki, 2018-ci ildən yaradılan və hazırda ölkənin 54 regionunda təmsil olunan təşkilata üzv könüllülər tərəfindən “Kənd Təsərrüfatı Yay Məktəbi”, “Aqro SMM”, “Kənd Sovqatı” və “Aqrar İnnovatorlar” kimi mühüm layihələr uğurla icra edilib.

Sonda “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının regionlar üzrə ən aktiv nümayəndəlikləri təşəkkürnamələr və hədiyyələrlə təltif edilib, xatirə fotosu çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri