AQTA nın rəsmi saytında yeni bölmə yaradılıb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində sertifikat və şəhadətnamələrin həqiqiliyinin elektron qaydada yoxlanılmasına imkan verən “Sertifikatın yoxlanılması” adlı bölmə istifadəyə verilib.
XQ xəbər verir ki, yeni funksional imkan vasitəsilə sahibkarlar və digər maraqlı şəxslər sertifikatın həqiqiliyini əlavə müraciətə ehtiyac olmadan onlayn qaydada yoxlaya bilərlər.
Bunun üçün sertifikatın seriyası və nömrəsi, növü (modul) və verilmə tarixi müvafiq bölmələrə daxil edilərək “Yoxla və Axtar” düyməsi seçilir. Sorğu əsasında sistemdə müvafiq sertifikat aşkar edilmədikdə bu barədə məlumat təqdim olunur. Sertifikat sistemdə mövcud olduqda isə onun həqiqiliyi təsdiqlənir və sertifikata aid sənəd və elektron fayllara çıxış imkanı yaradılır. Eyni zamanda, sistemdə müxtəlif dillərdə formalaşdırılmış sertifikatların müvafiq dil versiyaları da axtarış nəticəsində əks olunur.
Yeni xidmət sertifikatların operativ və şəffaf şəkildə yoxlanılmasına, elektron sənədlərə əlçatanlığın artırılmasına və yoxlama prosesinin daha rahat həyata keçirilməsinə imkan yaradır.
Daha ətraflı:
Baxış sayı:99
Bu xəbər 10 Sentyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















