Araqçi: İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb.
APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "X" hesabında yazıb.
“Razılaşmanın əldə edildiyini söyləyə bilmərəm. İran bütün tərəflərin maraqlarına cavab verən diplomatik həllə səmimi şəkildə can atır. Lakin bu, yalnız bütün sanksiyaların tam şəkildə aradan qaldırılması və İranın sülhməramlı atom proqramı, o cümlədən uranın zənginləşdirilməsi hüququnun qorunması ilə mümkün ola bilər. Bu məqsədə çatmaq üçün yol mediadan deyil, birbaşa danışıqlardan keçir,” – deyə Araqçi qeyd edib.
Bir neçə gün öncə "CNN" telekanalı Vaşinqtonla Tehran arasında yaxın zamanda nüvə proqramı üzrə razılaşma imzalana biləcəyini iddia etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 May 2025 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















