Araz Naxçıvan ın kapitanı: Bəzi çatışmazlıqlarımız var, onları aradan qaldırmağa çalışacağıq
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"İmişli" həqiqətən yaxşı komandadır. Amma biz oyuna yaxşı hazırlaşmışdıq. Bu cür asan olmayan matçda qələbə qazanmağımız bizi sevindirdi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın müdafiəçisi Ürfan Abbasov deyib.
O, Misli Premyer Liqasının VII turunun “İmişli” ilə görüşündə (2:0) əldə edilmiş qalibiyyəti şərh edib. Bununla yanaşı, Naxçıvan təmsilçisinin kapitanı komandasının turnir cədvəlində yüksək pillələrdə yer almasına münasibət bildirib:
"Hazırda komanda üst pillələrdədir. Bu da bizi sevindirir. Komandadakı atmosfer daha da yaxşıdır. Təbii ki, bu mövsüm xal itirməyimizə səbəb olan bəzi çatışmazlıqlarımız var. Amma bunların hamısını yoluna qoya bilərik, onları aradan qaldırmağa çalışacağıq. Təbii ki, oyunumuz alınarsa, nəticələrimiz daha da yaxşı olacaq".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















