Icma.az
close
up
RU
Arif Əsədov: Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var Müsahibə

Arif Əsədov: Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var Müsahibə

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

 - Millinin Fransa ilə oyununu necə dəyərləndirirsiniz?

- Fransa millisi dünyanın ən güclü 3 yığma komandadan biridir. Heyəti ulduz futbolçularla zəngindir. Millimizin çəkinmədən mübariz xarakter göstərməsi, meydanın hər qarışı uğrunda mübarizə aparmaq vacib idi. Bu baxımdan, düşünürəm ki, futbolçularımız məşəçilər tərəfindən verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. 3:0 məğlub olsaq da,  milli komanda pis çıxış etmədi. Təbii ki, müdafiə fondunda komanda yaxşı görünürdü, amma çatışmayan cəhətlər də var idi, xüsusilə hücumda. Amma belə komandaya qarşı daha intizamlı və kompakt oyun oynamaq lazım idi. Millimiz də bunu həyata keçirməyə çalışırdı. 

- Sizcə, milli komanda yaxın keçmişə nəzərən daha yaxşı çıxış edir, yoxsa daha zəif?

- Hazırda milli yeni baş məşqçi ilə 2 oyuna çıxıb. Ona görə, hansısa böyük dəyişiklikdən danışmaq olmaz. Amma bəzi nüanslar var ki orada irəliləyiş hiss olunur. 

- Ukrayna ilə oyundan gözləntiləriniz nələrdir?

- Yığma Ukrayna ilə növbəti çətin oyuna çıxacaq. Fransa ilə oyundan 2 gün sonra Ukrayna kimi güclü rəqiblə oynayacağıq. Burada önəmli olan Fransa ilə oyundan sonra sərf olunan gücü bərpa etməkdir. Çünki bəzi aparıcı futbolçularımız meydanda 90 dəqiqənin sonuna qədər çıxış etdilər. Ukrayna da bizə ciddi rəqib kimi yanaşacaq. Bakıdakı xal itkisindən sonra İslandiyaya qalib gələrək balansı bərabərləşdiriblər. Bu səbəblə xal itirməməyə çalışacaqlar. Təbii ki, rəqib çox güclüdür, amma şans hər zaman var. 

- Millidə Ayxan Abbasov dövrünü necə qiymətləndirirsiniz?

- Ayxan Abbasovun milliyə təyinatı sevindirici haldır. AFFA tərəfindən düzgün addım atıldı. Millidə yerli məşqçiyə şans verildi. Texniki baxımdan irəliləyiş üçün zaman və vaxt lazımdır.

- Abbasovun rəhbərliyi altında kollektivdə hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Yığma komandada sanki milli ruh yaranıb. Daha istəklidirlər. Meydanda mübarizə aparırlar. Ustalıq rəqibdən geri qalsa da, mübarizədə geri qalmırıq. Müdafiə fonunda nizam-intizam da hiss olunur.

Sergey Rebrov: “Futbolçular Azərbaycanla oyunun əhəmiyyətini başa düşürlər” Ayxan Abbasov: “Ukraynaya qarşı xal qazanmaq istəyiriksə…” Elvin Cəfərquliyev: “Özümüzə inamlı şəkildə çıxış etməliyik” Millimizin baş məşqçisi: “Məğlub olmağımıza baxmayaraq…” Millimiz Özbəkistana məğlub olub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://apasport.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri