Icma.az
close
up
RU
Artak Zakaryan: “Paşinyan hökuməti üçün xalqı aldatmaq 3 səviyyədən ibarətdir” Yeni Çağ Media

Artak Zakaryan: “Paşinyan hökuməti üçün xalqı aldatmaq 3 səviyyədən ibarətdir” Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

“Nikol Paşinyan hökuməti üçün xalqı aldatmaq 3 səviyyədən ibarətdir”.

Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri erməni siyasətçi Artak Zakaryan sosial şəbəkə hesabına yazıb.

O, daha sonra fikrini belə ifadə edib:

1. Operativ Yalanlar: Bu yalanlar, fərqli mövzularla bağlı cari “gündəm” xəbərləridir. Bu yalanların məqsədi cəmiyyətin qısa müddətli çaşdırılmasını təmin etmək, səsləndirilən məsələlər barədə asanlıqla inanan və dərhal düşünməyən insanları aldatmaqdır. Məsələn: “qırmızı xətləri ləğv edəcəyik”, “asfalt yaxşıdır, buna görə də qəzalar çox olur”, “nağdsız ödənişlər pensiyaların artırılmasını göstərir”, “koronavirus saxta bir şeydir və pensetlə müalicə edilir”, “Şuşa ermənilər üçün bədbəxt və solğun şəhərdir”, “müharibəni dayandırmadıq ki, satqın deməsinlər”, “Dağlıq Qarabağ”ı əvvəlkilər təhvil verib”, “orduda silah yox idi”, “Dağlıq Qarabağda prezidentin dəyişməsi ermənilərin oradan çıxmasına səbəb oldu” və buna bənzər yüzlərlə yalan.

2. Taktiki Yalanlar: Taktiki yalanların məqsədi cəmiyyəti uzunmüddətli gözləmə vəziyyətində saxlamaq, onların emosional, mənəvi və ictimai dəstəyini qazanmaqdır – hakimiyyəti qorumaq məqsədilə. Taktiki yalanlara nümunə olaraq: “gələcək var”, “sabit sülhə can atırıq”, “sərhədin müəyyənləşdirilməsi Ermənistanın sərhəd təhlükəsizliyini gücləndirir”, “kommunikasiya xətləri açılacaq və Azərbaycanla ticarət edəcəyik”, “Konstitusiyanı dəyişəcəyik”, “Ermənistanda kadastr xəritəsi yoxdur”, “keçmişlər 30 il ərzində “Dağlıq Qarabağ” məsələsində danışıqlar aparıblar”, “talanı geri qaytaracağıq” və buna bənzər digər yalanlar.

3. 3. Strateji Yalanlar: Strateji yalanlar isə daxili auditoriyalar üçün deyil və cəmiyyətin daim aldadılmasını təmin edir. Bu yalanlar Qarabağ və Ermənistan üçün əhəmiyyətli zərərlər gətirib və gətirəcəkdir. Nikolun hökumətinin strateji yalanları arasında “Rusiya ilə strateji əlaqələr heç vaxt bu qədər möhkəm olmayıb”, “ABŞ müşahidəçiləri Ermənistanın sərhədlərinin təhlükəsizliyini təmin edirlər”, “KTMT-yə müraciət etdik, amma kömək etmədilər”, “Ermənistan Avropa İttifaqına üzv olmaq prosesinə başlamağa hazırdır”, “Ermənistan sülhün kəsişmə nöqtəsinə çevrilməyə hazırdır” və s. kimi ifadələr yer alır.

Onun sözlərinə görə, bu kimi strateji yalanların dünən imzalanan erməni-amerikan strateji əməkdaşlığına dair müqavilə ilə davamı gəldi:

“Müqavilənin özünün erməni-amerikan əlaqələri baxımından normal bir addım olduğunu desək də, problem ondan ibarətdir ki, Nikolun hökuməti bunu şişirdərək növbəti strateji yalanına çevirir. Müqavilənin yayımlanan mətnində Ermənistanın qarşısında hər hansı bir hərbi təcavüz vəziyyətində ABŞ-dən şərtsiz dəstək yoxdur. ABŞ-nin Ermənistanın maraqlarına və təşəbbüslərinə beynəlxalq aləmdə dəstək verməsi nəzərdə tutulmayıb. Həmçinin hərbi-texniki və hərbi-siyasi əməkdaşlıqla bağlı yeni bir proses gözlənilmir”.

O, həmçinin əlavə edib ki, iqtisadi, humanitar, insan hüquqları və demokratiyanın inkişafı sahələrində, əsasən, əvvəlki Serj Sarkisyan dövründəki erməni-amerikan əlaqələrinin gündəmi təkrarlanır:

“ABŞ ilə nüvə əməkdaşlığı məsələsində formulələrin daha çox suallar yaratması, cavablardan çox narahatlıq doğurur. Regional əməkdaşlıq məsələləri də Ermənistanın gələcəyi üçün daha çox problem yaradır. Rusiya-İran münasibətlərinin gözlənilən yeni razılaşmaları, İranın ətrafındakı məsələlər və bölgədəki Azərbaycanın və NATO üzvü olan Türkiyənin aktiv rolu bu müqavilənin təsirini qeyri-müəyyən edir. Müqavilə Ermənistanın maraqlarını nə qədər əhatə edəcəyini dəqiq şəkildə göstərmir. Sonda isə Nikolun hökumətinin geopolitik münaqişələr üzərində qurulmuş yeni strateji yalanının, sadəcə, öz PR-larını gücləndirmək üçün uydurulmuş bir yalan olduğunu və bu yalanın Ermənistanın gələcəyinə yeni bir tələnin səbəb ola biləcəyini qeyd etmək lazımdır”.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri