Artıq çəki və daimi yorğunluğun gözlənilməz səbəbi
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Orqanizmdə yod çatışmazlığı ciddi problemlərə səbəb ola və uzun müddət hiss edilmədən qala bilər.
Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı həkim Tamila Ağayeva “Lenta.ru”ya müsahibəsində danışıb.
Həkim bildirib ki, yod qalxanabənzər vəzin normal fəaliyyəti və hormonların istehsalı üçün vacibdir. Onun çatışmazlığı daimi yorğunluq, halsızlıq, depressiya, artıq çəki yığılması, yaddaşın zəifləməsi və diqqət dağınıqlığına səbəb ola bilər. Bundan əlavə, boyun nahiyəsində narahatlıq, öskürək və udqunma problemləri də yod çatışmazlığının əlamətləri sayılır.
Ağayevanın sözlərinə görə, ciddi yod çatışmazlığı qalxanabənzər vəzin böyüməsinə və düyünlərin yaranmasına gətirib çıxara bilər.
“Yodun həm çatışmazlığı, həm də artıq olması hormonal pozğunluqlara və nəticədə müxtəlif xəstəliklərə səbəb olur”, - deyə mütəxəssis vurğulayıb.
Yod çatışmazlığının qarşısını almaq üçün mütəxəssis yeməklərin hazırlanmasında yodlaşdırılmış duzdan istifadə etməyi və qidalanmaya diqqətlə yanaşmağı tövsiyə edib. O, xüsusilə hamilə qadınlara, uşaqlara və qalxanabənzər vəzi xəstəlikləri olan insanlara yod səviyyəsinə ciddi nəzarət etməyi məsləhət görüb.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 20 May 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















