Artıq getmək vaxtıdır... Messi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnanılmaz hisslər keçirirəm. Sizə təşəkkür edirəm. İndi düşündüyüm ilk şəxs atamdır. Milli komandaya yalnız minnətdarlığımı bildirə bilərəm. Argentina üçün hər şeyimi verdim. Bu formanı geyindiyim 20 il ərzində heç vaxt təslim olmadım, sonadək mübarizə apardım və meydanda bütün gücümü qoydum. Argentina millisində həmişəlik qalmaq istərdim, lakin artıq getmək zamanıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Lionel Messi Buenos-Ayresdə Benin üzərində 3:0 hesablı qələbə ilə yekunlaşan vida matçından sonra deyib.
Yığmadakı komanda yoldaşlarına və azarkeşlərə minnətdarlığını bildirən ulduz futbolçu əlavə edib: “Komanda yoldaşlarımın sayəsində uşaqlıq xəyalımı gerçəkləşdirib dünya çempionu oldum. Onlarla eyni meydanı və zamanı bölüşmək böyük şərəf idi. Yanımda hər şeyini verməyə hazır olan döyüşçülərin olduğunu bilirdim. Məni argentinalı olaraq yaratdığı üçün Tanrıya şükür edirəm. Bütün argentinalılara minnətdaram. Dünyanın harasında oynamağımızdan asılı olmayaraq, sizin sayənizdə özümüzü evimizdəki kimi hiss edirdik. İndi isə mən də adi bir azarkeş olacağam və bu uşaqları sonadək dəstəkləyəcəyəm.
Anlamaq lazımdır ki, bir gün çətin günlər gələcək, lakin biz birlikdə olmalıyıq. Biz azarkeşlər olaraq bu futbolçuları əvvəlkindən daha çox dəstəkləməliyik.
Məhz bu stadionda həyatımın ən xoşbəxt anlarından birini yaşadım. Dünya çempionatında qələbədən sonra bura gəldiyimiz gün inanılmaz idi. Həmin gündən çəkilmiş video və fotolara hələ də baxıram.
Bu, mənim üçün çox çətin andır. Hamınız üçün çox darıxacağam”.
Qeyd edək ki, milli komanda karyerasını başa vurduğunu elan edən Lionel Messi Argentina yığmasının heyətində 208 oyunda 126 qol və 70 məhsuldar ötürmə ilə yadda qalıb. O, yığma ilə 2008-ci ildə Olimpiya Oyunlarının, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Finalissima və dünya çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















