Icma.az
close
up
RU
Artroz (osteoartroz)

Artroz (osteoartroz)

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Artroz zamanı qığırdaq toxuması müxtəlif səbəblər üzündən zədələnir, quruyur, səthi kələ-kötür və çat-çat olur.

Normada oynaqdakı sümüklər arasında “yumşaq” sürüşmə olduğu halda, anormal sürtünmə baş verir – sümüklərin hərəkəti zamanı oynaq səthləri bir-birinə “ilişir”.Bu proses davam etdikcə qığırdaq toxuması get-gedə nazilərək “silinir”. Nəticədə qığırdaq toxuması öz amortizasiya xüsusiyyətini itirir və onun altında yerləşən sümük toxumasına olan təzyiqi yumşaltmaq funksiyasını icra etmir. Nazikləşmiş qığırdaq toxuması altında olan sümük toxumasına olan təzyiqin artması nəticəsində sümük toxuması tədricən əzilir, sıxılır və deformasiyaya uğrayır. Artroz əksər hallarda diz, bud-çanaq, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir.

Artrozun inkişaf etməsinin risk faktorları

Artroz bir çox səbəblər nəticəsində unkişaf edə bilər. Ancaq əksər hallarda onların əmələ gəlməsi bir neçə əsas faktordan asılı olur. Bunlar aşağıdakılardır:

- Yaş faktoru. Yaş artdıqca qığırdağın elastikliyi azalır ki, bu da onun müxtəlif zədələnmələrə qarşı olan davamlılığını-dözümlülüyünü azaldır.

- Oynaqda baş verən travma və mukrotravmalar. Hətta oynaqda baş verən 1 travma da (məsələn, burxulma, bağların qırılması, sümük sınıqları və s.) artrozun əmələ gəlməsinə səbəb ola bilər. Ancaq travmaların təkrarlanması, tez-tez baş verən mikrotravmalar (məsələn, peşəkər idmançılarda və rəqqaslarda və s.) oynaqlar üçün xüsusilə zərərli hesab olunur.

- Oynağa həddindən artıq yükün verilməsi və ya uzun müddət onun artıq dərəcədə yüklənməsi. Bu faktorlar da artrozun yaranmasında əsas səbəblərdən biri hesab olunur. Belə qəbul edilmişdir ki, peşəkar idmançılarda və ağır fiziki işlərlə məşğul olan digər insanlarda və ya öz peşə vəzifələri üzrə uzun məsafələri piyada getməli olanlarda  oynaqların artıq yüklənməsi nəticəsində artrozun yaranması prosesi tezləşir. Ancaq son illərdə aparılan tədqiqatlar göstərmişdir ki, əgər oynaqda hər hansı bir travma, anadangəlmə və yaş faktoru ilə əlaqədar defekt olmazsa, oynaqlar tam sağlamdırsa, onlara artıq dərəcədə yükün verilməsi öz-özlüyündə çox nadir hallarda artrozun yaranmasına səbəb olur. Yəni əgər idmançı bütün idman karyerası boyunca özünü travmalardan qoruya bilibsə və ya ağır fiziki işlə məşğul olan şəxs iş zamanı heç bir travma almayıbsa, onların artroza məruz qalmamaq ehtimalı da çoxdur. Ancaq əgər hər hansı bir şəxs travmadan sonra özünü tam şəkildə bərpa edə bilməyən oynağı artıq yükləmiş olarsa, bu halda həmin oynaqda tez bir zamanda artroz inkişaf edə bilər. Bu hal əvvəllər artrit xəstəliyinə məruz qalan oynaqların artıq yüklənməsi zamanı da baş verə bilər.

Yəni oynağın artıq dərəcədə yüklənməsi - əvvəllər hər hansı bir zədələnməyə məruz qalan və ya hər hansı bir çatışmazlığı olan oynaqlar üçün təhlükəli hesab olunur.

Bundan başqa, oynaqların artıq dərəcədə yüklənməsi cavan olmayan insanlar üçün daha təhlükəli hesab olunur. Çünki yaşa uyğun olaraq baş vermiş dəyişikliklər səbəbindən onların oynaqları hətta gündəlik normal yükləmələrə də çətinliklə dözürlər.

- İrsi faktor. Alimlər hesab edirlər ki, artrozun özü irsi olaraq ötürülmür. Ancaq maddələr mübadiləsinin xüsusiyyətləri, qığırdaq toxumasının quruluşu və skeletin zəifliyi kimi əlamətlər valideynlərdən genetik olaraq onların övladlarına verilir. Ona görə də valideynlərində və yaxın qohumlarında ağır formalı artrozla xəstələnmə halları qeyd edilən şəxslərin bu xəstəliyə tutulma riski də bir neçə dəfə artıq olur. Oynaqlarında anadangəlmə olaraq hər hansı bir anomaliya və ya inkişaf defekti olan şəxslərdə bu risk dərəcəsi də artmış olur. Hətta uşaq yaşlarında olarkən vaxtında aşkar edilərək müalicə olunan oynaq anomaliyası, ahıl yaşlarında həmin oynaqda artrozun inkişaf etmə riskini artırır.

- Artıq çəkinin olması. Çəkinin normadan artıq olması ahıl yaşlarında insan orqanizminə daha çox mənfi təsir göstərir. Bu mənfi təsir həmçinin oynaqlara, xüsusən də aşağı ərtaflara da aiddir. Çünki bu zaman ayaqların üzərinə düşən ağırlıq xeyli artmış olur. Bundan başqa, bədən çəkisinin artıq olması nəticəsində, aşağı ətraf oynaqlarında olan toxumalar günün əksər vaxtında sıxılmış halda olduqları üçün qidalı maddələrin onların içərisinə daxil olması prosesi də zəifləmiş olur. Bunun nəticəsində oynaq daxilində təzyiq altında olan toxumalarda maddələr mübadiləsi pozulur, onların toxumalarının bir hissəsi sıradan çıxaraq çapıq və ya sümük toxuması ilə əvəz olunur.

- Oynaqların iltihabı (artirit). Oynaqların iltihabı zamanı oynaqdaxili mayenin və qığırdaq toxumasının özünün xüsusiyyətləri dəyişir və onlar öz dəyərliliyini müəyyən qədər itirmiş olur. Artrit zamanı, demək olar ki, hər bir halda oynaqların qan dövranı da pozulur. Ona görə də hətta müalicə olunan artritlər 50% hallarda gələcəkdə artrozla nəticələnirlər.

- Xroniki streslər və uzun sürən emosional həyəcanlanmalar.

Maraqlıdır ki, bu hallar da artrozun inkişaf etməsini sürətləndirir. Biokimyaçılar və fizioloqlara çoxdan məlumdur ki, uzun müddət ərzində baş verən streslər zamanı insanın böyrəküstü vəziləri kortikosteroid hormonlarını (“stres hormonları”) artıq miqdarda ifraz edirlər. Qanda “stres hormonlarının” artması öz növbəsində oynaqların qanla təchiz edilməsinin pisləşməsinə və oynaqdaxili maye istehsalının azalmasına səbəb olur. Bu isə əksər oynaqların normal funksiyasının pozulmasına səbəb olur. Beləliklə, xroniki stresin yuxarıda sadalanan mənfi faktorlarla birgə olması nəticəsində artroz xəstəliyi inkişaf edir. Bu zaman söhbət heç də bir gün ərzində olan həyəcanlardan getmir. Artroz, adətən, uzun müddət davam edən həyəcanlanmalar, evdə və ya işdə olan xroniki narahatlıqlar, uzun sürən kədər, sarsıntı, qəzəb, əsəbiləşmə hallarından baş verir.

Artrozun əlamətləri

- Zədələnmiş oynaqda ağrı. Ağrı, adətən, fiziki gərginlik zamanı (gəzinti, pillələrlə qalxıb-enərkən, oturaq vəziyyətdən qalxdıqda, qaçış, idman hərəkətləri) yaranır və sakitlik halına keçdikdə və oynağa rahat vəziyyət verdikdə tədricən keçib gedir.

- Oynaqdaxili xırıltı. Qeyd etmək lazımdır ki, sağlam oynaqlar da bəzi hallarda şaqqıldaya bilər, ancaq bu zaman onlarda ağrı olmur.

- Oynaqda hərəkətliliyin azalması. Xəstəliyin ilk dövrlərində oynaqda olan hərəkət məhdudiyyətliyi, adətən, zəif şəkildə olur. Ancaq xəstəlik artdıqca oynaq daha az hərəkətli olur.

- Oynağın deformasiyası. Bu deformasiya əl barmaqları oynaqlarında daha çox nəzərə çarpır.

Artrozun profilaktikası

- Düzgün rasional qidalanma. Sümüklər üçün tələb olunan vitamin və mikroelementlər (kalsium, fosfor, maqnezium, mis, vitamin D3) oynaqlar üçün də vacibdir.

- Müntəzəm olaraq gün ərzində kifayət qədər maye qəbul edilməsi. Orqanizmin (həmçinin oynaqların) normal şəkildə fəaliyyət göstərməsi üçün insan gün ərzində 2 litr maye qəbul etməlidir (söhbət sağlam adamlardan gedir – elə xəstəliklər vardır ki, bu zaman suyun miqdarını bir qədər azaltmaq lazım gəlir).

- Artıq çəkidən azad olmaq.

- Oynaq travmalarına və oynağın artıq yüklənməsinə yol verməmək.

- Bütün həyat boyu hərəkət aktivliyinin saxlanması oynaqların sağlamlığı üçün də çox vacibdir. Gün ərzində açıq havada 30-40 dəqiqə kifayət qədər tez yerişlə piyada gəzinti – oynaq xəstəliklərinin profilaktikası üçün çox xeyirli hesab olunur;

- Oynaqların həddindən artıq soyumadan və həddindən artıq qızdırmadan qorunması.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see222

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see219

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see212

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see210

Aranda yağmursuz, dağlarda yağış və dolu...

14 May 2026 04:54see202

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see198

“Mançester Siti” “Liverpul”un müdafiəçisi ilə maraqlanır

14 May 2026 05:11see196

Toyun səhəri günü sağdişini öldürdü FOTO

14 May 2026 06:01see188

“Trampın siyirməsində Vensə məktub var”

14 May 2026 05:01see180

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see178

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

14 May 2026 06:22see166

Tanınmış azərbaycanlı aktrisanın toyu oldu İlk dəfə birgə FOTOları

14 May 2026 10:51see165

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see163

Şiddətli yağış və fırtına oldu, ölənlər var

14 May 2026 02:43see161

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see155

Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız Mütəxəssislər ilk dayanacağı açıqladı

14 May 2026 07:07see151

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see149

Ən çox bu ölkələrdən olanlar Avropadan deportasiya edilib

14 May 2026 07:16see142

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see141

18 yaşlı futbolçu seçimini etdi Fransa millisi ümid edirdi ki...

15 May 2026 00:25see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri