Arvadım başqa qadınla danışdığımı biləndən sonra tez tez dava salırdı
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Suraxanı rayonunda 40 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 28-də baş verib. Qax rayon sakini, 1986-cı il təvəllüdlü Nadir həmin gün saat 11:00-da arvadı Nüşabənin (adlar şərtidir – red.) ona başqa qadınla danışmasını və evə ərzaq almamasını irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz nahiyyəsinə vurub.
İş üzrə izahat verən Nadir bildirib ki, arvadı Nüşabə və 3 azyaşlı övladı ilə birlikdə yaşayır:
“Nüşabə ilə 2011-cı ildə rəsmi nikaha daxil olmuşam. Əvvəllər Nüşabə ilə münasibətlərim yaxşı olsa da, 2 il bundan öncə mobil telefonumda başqa qadınla danışdığımı bildi. Bundan sonra Nüşabə ilə aramızda qısqanclıq zəminində tez-tez mübahisələr yarandı”.
Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin sentyabrın 28-də, saat 11:00-da yaşadıqları evdə olan zaman Nüşabə yenidən onun başqa qadınla danışdığını və evə ərzaq almadığını irad kimi bildirib:
“Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək evin qonaq otağında onun üz nahiyəsindən bir dəfə şillə ilə vurdum, ona xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu bildirib. O, barəsində amnistiya aktının tətbiq edilməsini istəyib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin qərarının 5.1. və 1.16-cı bəndləri tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:“Mənim kəbinli arvadım var”
15 Sentyabr 2025 20:27
Nikol tez tez dərsdən qaçır, dava salırdı Keçmiş müəllimi Paşinyandan danışdı
19 İyun 2025 17:11
Keçmiş arvadım dəfnimə gəlməsin, vəsiyyətimdir
07 Yanvar 2025 16:39
“Arvadım natəmiz idi, ona dəfələrlə...”
13 Dekabr 2024 19:29
Arvadım olmasaydı ölərdim Ueyn Runi
26 Sentyabr 2025 19:16
Baxış sayı:173
Bu xəbər 14 May 2026 14:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları