Asim Mollazadədən XATIRLATMA “ Bir milyondan çox şiə Ermənistandan didərgin salınanda...”
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Məktəblərdə vahid geyim tələbi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra xaricdən bir sıra təsir mexanizmləri işə salınıb. Xüsusilə də İrandan ölkəmizin daxili işlərinə müdaxilə cəhdi və radikal çağırışlar müşahidə olunur.
Bu məsələlərin arxa fonunda nə dayanır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Bizim.Media-ya açıqlamasında bildirib ki, bu oyunların arxasında tamamilə fərqli məqamlar dayanır:
"İlk növbədə, Azərbaycanı XIV əsrə sürükləmək istəyən qüvvələr bilməlidirlər ki, Azərbaycan hələ XX əsrdə bu problemlərin həllini tapıb, dünyəvi dövlət modelini yaradıb.
Azərbaycan həm də İslam dünyasının ilk dünyəvi dövləti olub. Ona görə də bu oyunların arxasında tamamilə fərqli məqamlar durur. Niyə həmin qüvvələr bir milyondan artıq şiə müsəlmanı didərgin salmış Ermənistanla hərbi müqavilə imzalayıb, Ermənistanı müsəlmanlarla müharibədə dəstəkləyib? Əsas məsələ də məhz bu sualdır".
Asim Mollazadə qeyd edib ki, bunun arxasında onların məkrli dövlət maraqları durur və təbii olaraq, Azərbaycan bu ideoloji mübarizənin qarşısını almağa qadirdir.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















