Icma.az
close
up
RU
Aslan Şahgəldiyev: İşə demək olar sıfırdan, hətta deyərdim ki, mənfidən başlamışdıq

Aslan Şahgəldiyev: İşə demək olar sıfırdan, hətta deyərdim ki, mənfidən başlamışdıq

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun fasilədən sonra böyük futbol Yevlaxa qayıdır. Sport24.az xəbər verir ki, bölgənin təmsilçisi təxminən 16 ildən sonra doğma azarkeşlər önündə Premyer Liqada "Kəpəz"i qonaq edəcək.

Hazırda Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti postunu tutan Aslan Şahgəldiyev də futbol sahəsində funksioner kimi ilk addımlarını məhz "Karvan"da atıb. Bu üzdən Aslan bəylə söhbətləşməyi, Yevlax klubunda çalışdığı illəri yada salmağa çalışdıq. 

- Uzun müddətdən sonra Yevlaxda Premyer Liqa oyunu keçiriləcək. Təəssüratlarınız necədir?
- Təəssüratlarım çox yaxşıdır. Sonuncu dəfə 2009-2010 mövsümündə, yəni 16 il öncə Yevlaxda Premyer Liqa oyunları keçirilib. Təbii ki, hamı kimi mən də bütün komandaların rəqiblərini öz doğma şəhərində, öz stadionunda qəbul etməsini istəyirəm. Bu, yerli azarkeşlər üçün də daha uyğundur. Bütün oyunlarda səfər komandası kimi çıxış etmək həm komanda, həm də azarkeşlər üçün çətindir. Çox sevinirəm ki, artıq 12-ci turdan sonra "Karvan–Yevlax" komandası öz rəqiblərini Yevlax şəhərində qəbul edəcək. Bu, bütün futbolumuz üçün müsbət hadisədir.
- Futbol sahəsində ilk çalışdığınız yer "Karvan" olub. O, illərin ab-havasını necə xatırlayırsız? 
- Bəli, qeyd etdiyiniz kimi futbolda ilk çalışdığım yer "Karvan" komandası olub. Həyatımın ən gənc, ən enerjili dönəmi idi və "Karvan"la bağlı çoxlu xatirələrim var. İşə demək olar sıfırdan, hətta deyərdim ki, mənfidən başlamışdıq. Komandanın nə stadionu, nə bazası, nə strukturu, nə ofisi var idi. Bir dənə "Tofaş" avtomobilimiz və bir neçə işçimiz vardı. Düşünürəm ki, qısa müddətdə xeyli iş görə bildik. Yevlaxda həm stadion, həm təlim-məşq düşərgəsi inşa olundu, bundan əlavə Bakıda da baza yaratdıq. Komandanın həm Yevlax, həm də Bakı ofisi fəaliyyətə başladı. İlk dəfə olaraq klubların lisenziyalaşması tətbiq olunmağa başlandı və lisenziyalaşmanın bütün maddələri tərəfimizdən ən yüksək səviyyədə həyata keçirildi. İlk mövsümdə 3-cü yer, ikinci mövsümdə 2-ci yer (son turda çempionluq əldən çıxdı), Azərbaycan Kubokunun finalına yüksəldik və həmin mövsüm Azərbaycan futbolunda ilk dəfə olaraq UEFA Kubokunda (indiki Avropa Liqası) ilk mərhələni keçməyi bacardıq. Yevlax şəhər stadionunda bütün ev oyunları anşlaqla keçirdi. Bir sözlə, Azərbaycanda futbol bumu yaşanırdı və təkcə Yevlaxda yox, bütün bölgələrimizdə ab-hava möhtəşəm idi.
- Özünüz necə? "Karvan–Yevlax" – "Kəpəz" oyununa gedəcəksiniz?
- Sabah keçiriləcək oyun üçün PFL-in əməkdaşları artıq bu gün səhər Yevlaxa yola düşüb. Texniki–idman departamentimiz də komanda ilə daim əlaqədədir. Mən isə təəssüf ki, oyuna gedə bilməyəcəyəm. Amma yaxın zamanlarda Yevlaxa səfər etməyi çox istəyirəm, təkcə futbola görə yox, həm də orada bəzi insanlarla mütləq görüşməliyəm.
- Sizin üçün Yevlaxdakı hansı qarşılaşma daha yaddaqalan olub?
- 2004-cü ildə "Karvan" və bir neçə başqa komanda yeni yaranmasına baxmayaraq AFFA İcraiyyə Komitəsinin qərarı ilə güzəştlə birbaşa Premyer Liqaya buraxılmışdı. Yevlax şəhər stadionunun təmiri çempionatın ilk turuna çatmadığına görə ilk 2 turu səfərdə oynamışdıq. "Karvan"ın ilk oyunu "Ədliyyə" ilə olub. İlk qolu Renat Abdaşov "Ədliyyə"nin heyətində öz qapısına vurmuşdu, "Karvan"ın futbolçusu kimi ilk qolun müəllifi isə Zaur Ramazanov idi. Ən yadda qalan oyunlardan biri isə 3-cü turun ilk ev oyunu – "Karvan" – "Xəzər Lənkəran" qarşılaşması idi. Uduzmağımıza baxmayaraq möhtəşəm oyun alınmışdı, Samir Əliyev əla qol vurmuşdu. Stadion tam dolmuşdu. Həmin oyunda "Xəzər Lənkəran" rəhbərliyinin dəvəti ilə türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül də iştirak etmişdi. Oyun baxımından ən möhtəşəm qarşılaşmalardan biri də "Karvan" – "Turan" oyunu idi – 4:3 hesabı ilə qalib gəlmişdik və nəfəs kəsən oyun olmuşdu. Yevlaxda "Karvan" – "Qarabağ" oyunları da həmişə gərgin və maraqlı keçirdi. Bərdə və Ağdamın Quzanlı qəsəbəsi Yevlaxa yaxın olduğuna görə "Qarabağ"ın oradan olan azarkeşləri tribunalardan birini tam doldururdu.
- Peşəkar Futbol Liqasının rəhbər şəxslərindən birisiz. Bəlkə də bu sualı verməyimiz düzgün deyil. Ancaq bilmək istəyirik ki, bu gün də"Karvan–Yevlax"a azarkeşlik edirsinizmi?
- Buna azarkeşlik deməzdim. Biz hansısa komandaya azarkeşlik edə bilmərik, bu doğru olmazdı. Sadəcə, orada çalışmışam deyə müəyyən simpatiyam ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri