Icma.az
close
up
RU
AŞPA nın yay sessiyasının gündəliyi açıqlanıb

AŞPA nın yay sessiyasının gündəliyi açıqlanıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 10 iyun, AZƏRTAC

İyunun 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, plenar sessiyada Maltanın Baş naziri Rober Abela və Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrlikinin çıxışları gözlənilir. Sessiyanın gündəliyində “Qəzzada soyqırımına son qoyulması – Avropa Şurası gecikmədən hərəkət etməlidir” və “Avropada qadın hüquqları – tərəqqi və çağırışlar” adlı iki təcili debatın təşkili yer alıb. Yay sessiyası çərçivəsində qadınların inkişafı və səlahiyyətləndirilməsi ilə bağlı “Vigdis” mükafat mərasimi təşkil olunacaq.

AŞPA yay sessiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı hüquqi məsələlərə və insan hüquqlarına həsr edilmiş növbəti debatlar planlaşdırılır. Hərbi əsirlərin dəyişdirilməsi və azad edilməsi üçün siyasi danışıqlar, parlament həyatında inklüziv iştirak, idmanda və idman vasitəsilə insan hüquqlarının müdafiəsi, Olimpiya Hərəkatı və sülhün qorunub saxlanması kimi mövzular müzakirə olunacaq.

Bundan əlavə, Maltanın Baş nazirinin müavini, xarici işlər və turizm naziri, Nazirlər Komitəsinin sədri İan Borq bu qurumun ənənəvi bəyanatını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Avropa Şurasının Baş katibi Alen Berset parlamentarilərlə sual-cavab sessiyası keçirəcək.

Sessiyanın gündəliyində dənizdə miqrantların həyatını xilas etmək və onların hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr, miqrasiyanın idarə edilməsində iştirak edən dövlət və özəl subyektlərin problemləri və ehtiyacları, Avropa Şurasına üzv dövlətlərdə sosial səfərbərlik, vətəndaş iğtişaşları və polisin reaksiyası, davamlı və sosial cəhətdən ədalətli enerji keçidi üçün təhlil və təlimatlar, eləcə də Avropa Şurasının terrorizmin qarşısının alınmasına dair Konvensiyasına Dəyişiklik Protokolunun layihəsi və Albaniyada keçirilən parlament seçkilərinin müşahidəsi ilə bağlı mövzular da yer alır.

Sessiyanın ilk günündə Assambleyanın yekun gündəliyi qəbul ediləcək.

AŞPA-nın yay sessiyası iyunun 27-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri