Aşqabadda birinci Maliyyə Xidmətləri Festivalı keçiriləcək
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aprelin 19-da Aşqabadda ilk dəfə FinFest Turkmenistan Maliyyə Xidmətləri Festivalı keçiriləcək.
525.az yerli mediaya istinadən xəbər verir ki, tədbirdə maliyyə institutlarının, sığorta, qiymətləndirmə, audit, broker və texnologiya şirkətlərinin aparıcı ekspertləri iştirak edəcəklər.
Bu tədbir təcrübə mübadiləsi, cari məsələlərin müzakirəsi, maliyyə xidmətləri və məhsulları sahəsində ən son nailiyyətlərin nümayişi üçün mühüm platformaya çevrilmək məqsədi daşıyır.
Festivalın proqramına fintech, rəqəmsal bankçılıq və sığorta sahəsində ən son yeniliklərin təqdimatları daxildir. Eyni zamanda, aparıcı ekspertlərin çıxışları, Türkmənistanın maliyyə bazarının cari tendensiyalarının və inkişaf perspektivlərinin müzakirəsi, maliyyə məhsullarının sərgisi, məsləhətləşmələrin aparılması da nəzərdə tutulub.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















