Icma.az
close
up
RU
Astronomlar bir ulduzun başqalarından fərqli cəhətini araşdırırlar

Astronomlar bir ulduzun başqalarından fərqli cəhətini araşdırırlar

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Astronomlar, radio dalğaları və rentgen şüalarının maraqlı birləşməsini ortaya çıxarmaqla indiyə qədər müşahidə edilən hər hansı digər ulduza bənzəməyən bir ulduz aşkar ediblər və onu ilk dəfə üç il əvvəl müəyyən olunmuş səma cisimləri sinfinin ekzotik üzvü kimi qiymətləndiriblər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu ulduz Yerdən təxminən 15 000 işıq ili uzaqlıqda olan Süd Yolu qalaktikasında Skutum bürcü istiqamətində yerləşir və hər 44 dəqiqədən bir həm radio dalğaları, həm də rentgen şüaları ilə yanıb-sönür. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.

Tədqiqatçılar bunun bir neçə dəqiqədə və ya saatda görünən radio dalğalarının parlaq partlayışları ilə tanınan “uzunmüddətli radio keçidləri” adlı obyektlər sinfinə aid olduğunu bildiriblər.

Bu, adətən pulsarlardan aşkar edilən radio dalğalarındakı sürətli impulslardan xeyli uzundur və sürətlə fırlanan neytron ulduzunun bir növü, ölümündən sonra kütləvi ulduzun sıx çökmüş nüvəsidir. Pulsarlar Yerdən göründüyü kimi, bir saniyəyə qədər vaxt ərzində yanıb-sönən ulduzlar kimi görünür.

“Bu obyektlərin nə olduğu və onların qeyri-adi siqnallarını necə yaratdığı sirr olaraq qalır” -deyən Avstraliyadakı Kartin Universitetinin astronomu Zitenq Vanq bu həftə “Nature” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifidir.

Yeni tədqiqatda NASA-nın orbitdəki” Chandra X-ray” rəsədxanası, Avstraliyadakı ASKAP teleskopu və digər teleskopların məlumatlarından istifadə edilib.

Barselonadakı Kosmik Elmlər İnstitutundan astrofizik və tədqiqatın həmmüəllifi Nanda Reanın sözlərinə görə, yeni müəyyən edilmiş obyektdən radiodalğaların emissiyası bu sinfin təxminən 10 digər məlum nümunəsinə bənzəsə də, o, rentgen şüaları göndərən yeganə obyektdir.

Tədqiqatçıların bu ulduzun təbiəti ilə bağlı bəzi fərziyyələri var. Onlar bildirirlər ki, bu, həddindən artıq maqnit sahəsinə malik fırlanan neytron ulduzu və ya ikili sistem adlanan kiçik bir yoldaş ulduzun ətrafında yaxın və sürətli orbitə malik “ağ cırtdan”, çox yığcam ulduz közü ola bilər.

Kütləsi Günəşdən səkkiz dəfə böyük olan ulduzlar sonda “ağ cırtdan” kimi görünür. Onlar ən sonda yanacaq kimi istifadə etdikləri bütün hidrogeni yandırır. Cazibə qüvvəsi daha sonra onların dağılmasına və xarici təbəqələrinin “qırmızı nəhəng” mərhələdə partlamasına səbəb olur və nəticədə geridə təxminən Yerin diametrinə bərabər olan yığcam nüvə – “ağ cırtdan” buraxır.

Tədqiqatçıların fikrincə, müşahidə olunan radio dalğaları potensial olaraq “ağ cırtdan” və fərz edilən yoldaş ulduz arasındakı qarşılıqlı təsir nəticəsində yarana bilər.

Zitenq Vanq bildirib: “Obyektin radio parlaqlığı çox dəyişir. Biz 2023-cü ilin noyabrından əvvəl obyektdən heç bir radio emissiyası görmədik. 2024-cü ilin fevralında onun həddindən artıq parlaq olduğunu gördük. Bu ulduz səmada 30-dan az obyekt radio dalğalarında belə parlaqlığa nail olub. Maraqlıdır ki, eyni zamanda, biz obyektdən rentgen impulslarını da aşkarladıq. Lakin biz onu radioda aşkar edə bilərik”.

X-şüalarının aşkarlanması NASA-nın “Chandra” kosmik teleskopundan edilib. Əslində, bu teleskop başqa bir missiyanı yerinə yetirirdi, ancaq təsadüfən həmin ulduzu parlaq fazasında tuta bilib. Astronomlar bildirirlər ki, bu kəşf “samanlıqda iynə tapmaq” kimi nadir hadisədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri