Ata ana ilə birlikdə yaşayan gənc ailələr sosial yardım ala bilər? “Hamının rəsmi iş yeri olmalıdır”
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Deyək ki, ailə 3 nəfərdən ibarətdir: ata, ana və 1 azyaşlı uşaq. Əgər uşaq 8 yaşına çatmayıbsa, ata və anadan biri işləməyə bilər. Sırf həmin uşağa qulluq etmək üçün. Digər valideynin isə rəsmi iş yeri olmalıdır. Ya əmək müqaviləsi ilə işləməli, yaxud sahibkar kimi VÖEN-i olmalıdır ki, sistem gəlirlərini müəyyən edə bilsin”.
Bu sözləri "Yeni Sabah"a hüquqşünas Aqşin İsgəndərov deyib.
O bildirib ki, əgər ailə valideynlərlə bir evdə yaşayırsa, bu birgə təsərrüfat hesab olunur: Pepperoni pizza
“Yəni onların fərqli ailə olmasının heç bir fərq yaratmır. Birgə yaşayırlarsa, birgə təsərrüfat hesab olunacaqlar. Bu, ailə tərkibində də göstərilməlidir.
Ünvanlı sosial yardımın verilməsi üçün ailədə yetkinlik yaşına çatmış hamının rəsmi iş yeri olmalıdır. Əgər işləyən qeyri-rəsmi, yəni günəmuzd çalışırsa, həmin ailəyə ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətə imtina gələcək. Çünki sistem gəlirləri müəyyən edə bilmir, yetkinlik yaşına çatmış əmək qabiliyyətli şəxslərdən biri rəsmi olaraq mütləq işləməlidir”.
Hüquqşünas vurğulayıb: "Dövlət ünvanlı sosial yardım verir ki, ailənin gəlirləri təsdiq edilmiş yaşayış minimumuna çatsın. Ailə çalışır, əlindən gələni edir, amma yenə də minimum dolanışıq xərclərini ödəməkdə gücsüdür. Dövlət onların minimum dolanışıq xərclərini ödəmək üçün ünvanlı sosial yardım verir. Əgər işləməsələr, bu gələcəkdə sui-istifadə hallarına gətirib çıxarar.
Ailə qeydiyyatda olduğu evdə deyil, başqa bir ünvanda kirayədə yaşayırsa, ata və ananın təqaüd alması sosial yardımın verilməsində problem yaratmır”.
Nazim Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















