Atamla heç vaxt görüşməmişəm
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Atamla heç vaxt görüşməmişəm. İlk dəfə 6 yaşımda və daha sonra isə 12 yaşımda atama zəng etmişəm. Mənimlə maraqlandığını deyib, amma heç vaxt görüşməmişik".
Axşam.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suel "Təsir dairəsi" proqramında deyib. O, atası ilə özünün maraqlandığını bildirib:
"Anam həbsə düşdükdən sonra da atam mənimlə maraqlanmayıb. Çünki səbəbkarı anam özü idi. Atam məni heç vaxt istəməyib. Mən dünyaya gəlməmişdən əvvəl atamla anam görüşüb. Anam da deyib ki, sənin adını heç yerdə hallandırmayacağam, uşağı özüm böyüdəcəyəm. İllər sonra atamla mən maraqlanmışam. Amma yenə də istəməyib".
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.
Baxış sayı:93
Bu xəbər 24 İyun 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















