Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Atəşkəs Rusiyadan başqa hər bir dövlətə sərf edir ŞƏRH

Atəşkəs Rusiyadan başqa hər bir dövlətə sərf edir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ukraynanın məqsədi vaxt qazanmaq və güclənməkdir


Səxavət Həmid: “Rusiya-Ukrayna müharibəsində uzunmüddətli atəşkəsin əldə olunması real görünmür”


ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı Ukrayna və onun Qərb müttəfiqlərini məyus edib. “Röyters”in məlumatına görə, Avropa liderləri ilə danışıqlarda Tramp Ukraynada qeyd-şərtsiz atəşkəs və ya heç nəyə əməl edilmədiyi təqdirdə sanksiyaları nəzərdə tutan yanaşma ilə razılaşıb: 

"Görünür, o, Putinlə danışdıqdan sonra bu fikrindən əl çəkib. Bir gündən artıq uzanan məsələlərdə ona etibar etmək olmaz. Deyəsən, onu Ukrayna heç maraqlandırmır”. Bildirilib ki, buna baxmayaraq, Avropa Trampın yenidən öz baxışını dəyişməsinin mümkünlüyünə inanır. “Nyu York Tayms” nəşri isə iddia edib ki, Prezident Donald Trampın Ukrayna müharibəsi ilə bağlı yeni mövqeyi səsləndirilib: “Bu, mənim problemim deyil”. Çünki Rusiyaya qarşı əlavə sanksiyalar biznesin inkişafına mane olacaq, Tramp isə ABŞ üçün iqtisadi imkanları maksimum dərəcədə artırmaq istəyir. Bəzi Avropa liderləri hesab edirlər ki, Tramp faktiki olaraq özünün əsl məqsədinə - Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşmasına doğru irəliləyib. Tramp Amerika şirkətlərinə Rusiyanın enerji sektorundan, nadir torpaq minerallarından faydalanmaları üçün kömək etmək istəyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranını həll etmək istəyi onun sülhməramlı kimi tarixə düşmək arzusunu göstərir: "Onun daxili motivasiyasını mühakimə edə bilmərəm, amma o, bu böhranı həll etmək istədiyini söylədi. Ola bilsin ki, o, sülhməramlı kimi tarixə düşmək istəyir; ola bilsin ki, o, əvvəlki administrasiyaların günahlarını yumaq istəyir; ola bilsin ki, bu onun Amerikanın böyük dövlət statusuna qayıtması ilə bağlı baxışlarının bir hissəsidir".


Siyasi şərhçi, araşdırmaçı-jurnalist Səxavət Həmid bildirib ki, Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə edilməsi üçün addımlar atılır. Ancaq bu atəşkəsin baş tutub-tutmayacağı sual altındadır. Əvvəla, baxmaq lazımdır ki, atəşkəs hansı tərəfə sərf edir? Ekspert hesab edir ki, atəşkəs öncəsi Ukrayna və tərəfdaşlarına sərf edir: 

"Çünki atəşkəs zamanı Ukrayna ordusunu gücləndirmək, uzun zamandır məzuniyyət görmədən döyüşən şəxsi heyətə dinclik vermək olar. Bundan əlavə, silahlandırmada da ciddi addımlar atmaq olar. Qısası, atəşkəs Rusiyadan başqa hər bir dövlətə sərf edir. Rusiya tərəfi də bunun fərqindədir. Ona görə də şərtləri maksimum ağırlaşdırır, sahədə isə hücumlarını davam etdirir. Rusiyanın hətta Ukrayna ilə görüşdəki nümayəndə heyətində olanlar da mətbuata açıqlamalarında bildirdilər ki, Ukraynanın məqsədi vaxt qazanmaq və güclənməkdir. Belə olan təqdirdə, Rusiya atəşkəsə gedər? İnandırıcı deyil. Əvvəla, Rusiya strateji hədəflərinə çatmayıb. Digər tərəfdən isə Moskva fərqindədir ki, sahədəki irəliləyişi masada onun əlini daha güclü edir". 


Ekspert xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlar-başlamaz Rusiya ilə danışıqların aparılmasını qadağan edən qanun qəbul edib. Ancaq həmin Zelenski bir gündə üç dəfə Rusiya Prezidenti Putinlə görüşə biləcəyini dilə gətirib:

 "Bundan əlavə, Zelenskini qeyri-qanuni prezident hesab edən Rusiya tərəfi də görüşə razı olduqlarını dilə gətirdi. Yəni vəziyyət qəlizləşəndə pafos, başından böyük çıxışlar arxa plana keçir. Rusiya-Ukrayna müharibəsində uzunmüddətli atəşkəsin əldə olunması real görünmür. Əksinə, müharibənin davam edəcəyi daha realdır. Rusiya-Ukrayna müharibəsinin indiki hədlərdə dayanması isə problemin həlli hesab oluna bilməz. Xüsusən Azərbaycanda bu fikir daha çox səslənir ki, indiki mərhələdə dayansa, Ukrayna gələcəkdə problemi həll edər, yəni Azərbaycan kimi... Nəzərə almaq lazımdır ki, Azərbaycanın qarşısında dayanan ölkə Ermənistan idi. Ancaq Ukraynanın qarşısındakı ölkə birbaşa Rusiyanın özüdür. Düşünürəm ki, bu müharibənin davam etməsi böyük dövlətlərin işinə yarayır. Məsələn, Rusiya-Ukrayna müharibəsi dayanacağı təqdirdə, Moskva yenidən qlobal aləmdəki proseslərə qoşulacaq. Ən azı, dünyanın bölüşdürülməsində payçılardan biri olacaq. Faktiki olaraq Rusiyanın indiki vəziyyətdə əl-qolu bağlı vəziyyətdədir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri