Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

8 saatdan artıq işləməyə yol verilmir: Yorğun sürücülər nəzarət altına alındı

8 saatdan artıq işləməyə yol verilmir: Yorğun sürücülər nəzarət altına alındı

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir. Uzun müddət sükan arxasında olmaq yorğunluq yaradır, diqqəti zəiflədir və reaksiya vaxtını azaldır. Bu isə qəza ehtimalını kəskin şəkildə artırır.

Bu barədə DİN məlumat yayıb. Bildirilib ki, belə halda nəqliyyat vasitəsinin idarə edilməsi həm sürücünün, həm daşıdığı sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükəyə çevrilir. Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, sürət həddini aşmaq, zolaq dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın arxasında insan həyatı dayanır. Hər bir sürücü istirahətini vaxtında etməli, diqqətini yalnız yola yönəltməli və nəqliyyat axınında təhlükə yarada biləcək davranışlardan çəkinməlidir. BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır. 

Yol hərəkəti qaydalarının pozulması, qəza halları öz yerində, yorğun, yuxusuz sürücülərin sükan arxasında olması lap dəhşətdir. Zatən qayda pozuntuları, ağır fəciələrlə nəticələnən yol qəzaları çox vaxt elə bu səbəbdən baş verir. Bölgələrə sərnişin daşıyan kiçik və ortatutumlu avtobusların iştirakı ilə qəzaların baş verməsi hallarında səbəb məhz sürücünün yorğunluğu və ya yuxulaması olur. Şəhər daxilində müntəzəm avtobus marşrutlarında da belə hallara rast gəlinir. Sükan arxasında siqaret tüstülədən sürücüyə sərnişinlər etiraz etdikdə, cavabları adətən belə olur: “Neyləyim, nə vaxt çəkim siqaret? Səhər açılandan “rul” arxasındayam. Bir tikə çörək də yeməmişəm”. Sürücülər əsəbi, stresli, yorğun. Çayı da sükan arxasında içirlər, fincandakı qalığı da pəncərədən yola “fırladırlar”. Bu sürücülər məişət problemlərini də sükan arxasındaca, mobil telefonla “həll edirlər”. Yola diqqət etmək əvəzinə, mobil telefonda mübahisəyə girişir, dayanacaqlarda saxlamağı da bəzən unudurlar. Bəzən onlara haqq vermək də olur. 24 saat fasiləsiz çalışmaq nə deməkdir? Əlbəttə, sükan arxasında yatar sürücü. Nəqliyyat ekspertləri bu fikirdədir ki, istər daxili, istərsə də şəhərətrafı və bölgələrə səfər edən sərnişin avtobuslarının sürücüləri növbəlilik əsasında işləməlidir. Bu, sürücünün gümrah olmasını, sükan arxasında diqqətinin yayınmamasını təmin edər. Sürücünün nahar fasiləsi olmalıdır ki, qidalana, digər zəruri ehtiyaclarını ödəyə bilsin. Sükan arxasında mobil telefondan istifadə, diqqəti yayındıracaq digər hallar qadağandır. 

BakuBus MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Sherg.az-a açıqlamasında təmsil etdiyi qurumun bu kimi məsələlərə qanun çərçivəsində əməl etdiyini bildirdi: 

- BakuBus MMC-də fəaliyyət göstərən sürücülərin hər biri əmək qanunvericiliyinə uyğun olaraq gündəlik 8 saatlıq iş rejimi əsasında çalışır. Sürücülərin iş qrafiki müvafiq qaydalara uyğun planlaşdırılır və müəyyən edilmiş iş vaxtı tamamlandıqdan sonra növbə dəyişdirilməsi təmin edilir. Heç bir sürücünün 8 saatdan artıq sükan arxasında fəaliyyət göstərməsinə yol verilmir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri