Icma.az
close
up
RU
Atın üstündəki türk deyilsə, yükdür İmran Verdiyev yazır

Atın üstündəki türk deyilsə, yükdür İmran Verdiyev yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İmran VERDİYEV
Əməkdar müəllim 

Bir atalar sözündə deyilir: "Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı". Deməli, türklərin namus atributlarından biri də atdır. Bizim söhbətimiz də at, daha doğrusu, at və insan (türk) münasibətləri haqqında olacaq.

Tədqiqatçılar qeyd edirlər ki, dünyada ilk dəfə atı əhliləşdirənlər türklər olublar. Onlar ata minən ilk insanlar hesab olunurlar. Atlar qədim zamanlardan türklərin siyasi, dini, iqtisadi və ictimai həyatında mühüm rol oynamışdır. Türk-at ünsiyyəti ancaq maddi tələbatdan yaranan insan-heyvan münasibəti deyil, bu, həm də iki dostun, silahdaşın mənəvi bağlılığıdır. Təsadüfi deyildir ki, türklər "At igidin qardaşıdır", - deyirlər. Qardaş isə insana ən yaxın varlıqdır. Atın qardaş hesab olunması onun insanla bərabər tutulmasını, atın türk igidi üçün son dərəcə qiymətli varlıq hesab olunmasını göstərir. Vaxtı ilə Mahmud Kaşğarlı "Divan-ı lüğat-it türk" əsərində "Quş qanadı, atı adam" ifadəsini yazır və "At türkün qanadıdır" cümləsini işlətmişdir. Atlar öz sahiblərinə qarşı çox sədaqətli heyvanlardır. Onlar yaralanmış, yaxud ölmüş sahiblərini heç vaxt tərk etmirlər.

Folklor və yazılı ədəbiyyat nümunələrində türkün həyatında atın önəmi barədə saysız-hesabsız bədii nümunələr vardır. Ata verilən önəm atalar sözləri və deyimlərdə, həmçinin inanclarda da öz əksini tapmışdır. Məsələn, "At türkün qanadıdır", "Türk çadırda doğar, at üstündə ölər", "Atı quyruqlu olanın sözü buyruqlu olar", "Sabah qalx atanı gör, atandan sonra atını gör", "At ölümü, ər ölümü olmasın" və s. Qapıya nal vurmaq isə bəd qüvvələrin qapıdan daxil olmasının qarşısını alırmış. At olan yerə şər ruhlar gəlməzmiş. Onu da qeyd edək ki, at çox qədim zamanlarda kultlaşdırılan, rəmzləşdirilən heyvanlardan biri olub. At kultunun varlığı da bunu göstərir. Atı müqəddəs hesab edən türklər hətta tuğlarının (bayraqlarının) ucuna da at quyruqları taxarlarmış.

Atın türklərin həyatındakı önəmini və yerini görkəmli yazıçımız İ.Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağanın öz atı Qəmərə müraciətlə söylədikləri möhtəşəm səviyyədə açıqlayır. O, düşmənləri tərəfindən yalı, quyruğu qırxılmış ata - Qəmərə  üzünü tutub acı-acı deyir: "İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayçım idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq gecələrdə məndən qabaq, yolda təhlükə olduğunu sən başa düşübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan, həmişə başımı uca eləmisən. Neçə dəfə sənin yalına yatıb, gözlərinə qurban, Qəmər, əlac sənə qalıb demişəm. Sən quş kimi qanad açıb məni güllənin altından çıxartmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bilirdim yeri-göyü mənə bağışlayırlar, Qəmər. İndi mən neyləyim, sənin rüsvayçılığına necə dözüm?" 

Yazılı mənbələr, arxeoloji qazıntılar zamanı ortaya çıxan faktlar, daşlar və qayalar üzərindəki təsvirlər də türklərin həyatında atın özəl bir yerə sahib olduğunu göstərir. Türk alimi İ.Durmuş özünün "Türk kültür çevrəsində at" məqaləsində yazır ki, "türklər atlı mədəniyyətinin qurucusu və yayıcısı olduqları kimi, həm də bu mədəniyyətin gəlişdiricisi olaraq tarixdə öz yerlərini almışlar. Onlar atlardan faydalanmaq üçün mükəmməl texnikalara sahib olublar. Xüsusi olaraq qeyd etmək istərdik ki, türk qadınları da atdan istifadə etməkdə kişilərdən geri qalmayıblar. Bu sahədə heç bir xalq türklərin səviyyəsinə yüksələ bilməmişdir. Boşuna deməmişlər ki, "atın üstündəki türk deyilsə, yükdür". 

Yuxarıda da qeyd etdiyimiz kimi, atlar qədim zamanlardan türklərin sosial, hərbi, iqtisadi və dini həyatında mühüm rol oynamışdır. 

Türklərdə at ən çox istifadə edilən heyvan olub. Əcnəbilərin "türklər at üstündə yeyərlər, içərlər, söhbət edərlər, yatarlar" və ya "türklər at üzərində doğulmuşlar, yerdə yürüməyi bilməzlər" ifadələri də bunu sübut edir.

Türklərin fəaliyyətinin əsasını təşkil edən ov, heyvandarlıq və düşmənlə döyüş həmişə at üstündə keçib. Ova həm tək, həm də kollektiv şəkildə at üstündə gediblər. Sürülərin otarılması, otlaqdan otlağa, qışlaqdan yaylağa, yaylaqdan qışlağa aparılması atın sayəsində olub. Ümumiyyətlə, türklərin həyatı at üstündə keçdiyindən onlarda atla bağlı yüksək mədəniyyət, bacarıq və vərdişlər formalaşmışdı. Məsələn, öz fərdi xüsusiyyətlərini ata tanıtmaq, ona cəld minmək bacarığı, at yüyürürkən onun üstündə qılınc çalmaq və ox atmaq, atın boynundan və qarnının altından keçmək, qaçan atı yəhərləmək və ayaq üstə durub ox atmaq və s.

Türklərin atı minik heyvanı olaraq istifadə etmələri atçılıq idmanının da yaranmasına və inkişafına səbəb olmuşdu. Bu idman növləri arasında at yarışları başda olmaqla cirit, covkan, kökböri və s. oyunlar daha məşhur olub. M.Kaşqarlı "Divanı"ndakı at yarışları haqqında məlumatlardan da görünür ki, türk dünyasında belə yarışlar geniş yayılıbmış.

Atın ilk dəfə savaş vasitəsi kimi istifadə edilməsi və oxçu süvari ordularının yaradılması da türklər tərəfindən reallaşdırılmışdır. Türklər ilk dəfə qoşqu, üzəngi, yəhər və cilovu kəşf etmiş, onların  sayəsində sürətli həm nəqliyyat, həm də müharibə vasitəsi əldə ediblər. S.S.Surazakov Altay qəhrəmanlıq dastanları əsasında yazır ki, qəhrəman yalnız öz döyüş atını əldə edəndən sonra döyüşçüyə çevrilə bilir. At türklərin gözündə adətən özü ilə birlikdə savaşan bir silah yoldaşı olub. Türk qəhrəmanlarının özləri kimi, onların atları da döyüşdə fəal iştirak edər, zəfərə ortaq olar, qəhrəmanlar kimi ad alar, öləndə isə xüsusi mərasimlə dəfn olunardılar. Məhəmməd Peyğəmbər demişdir ki, "Heç bir qara qüvvə damarlarında təmiz qan axan atın qaldığı komanın üstünə hücum etməyə cəsarət etməz, çünki hər gecə mələklər göydən yerə enər və atın alnından öpüb, sahibinə xeyir-dua verirlər". Təsadüfi deyil ki, türklərin bir deyiminə görə, "At işləməsə, ər öyünməz". 

Türklərin hərbi gücünü artıran və onların çoxlu dövlət qurmalarını təmin edən ən başlıca səbəblərdən bir də, şübhəsiz ki, at olmuşdur. Bunu yazılı mənbələr də sübut edir. Məsələn, Hun hökmdarı Mo-tun Çin imperatoruna göndərdiyi bir bəyanatda "tanrının inayəti, zabitlərin, süvarilərin və atların mükəmməliyi sayəsində iyirmi altı dövləti yendiklərini" bildirmişdi.  Asiya Hun ordusu Çin ordusunu Pe-teng qalasında mühasirəyə alanda da "şimalda qara atlılar, qərbdə ak atlılar, cənubda ağ atlılar, şərqdə isə dəmir-boz atlılar vardı.

Türk əsgərlərinin "qasırğalar kimi görünüb, quşlar kimi uzaqlaşmaları" məhz atın gücü və imkanları sayəsində mümkün olurdu.

Atların əti və yağı önəmli idi. Türklər at əti barədə "müşk kimi qoxar" deyərdilər. Onlar adi günlərdə, toplantılarda və özəl günlərdə də sürü halında böyütdükləri atların ətini yeyirdilər. Atın qarnından çıxan yağı çox sevirdilər. Qısır atın südü ekonomik dəyər daşıyırdı. Atların südündən yağ, qatıq və pendir hazırlanırdı. Atın südündən hazırlanan məhsullar arasında qımız ilk sırada dururdu. 

Türklər hər il xarici ölkələrə minlərlə at, xüsusən də döyüş atları ixrac etməklə öz iqtisadiyyatlarını dəstəkləyirdilər. Atlar daha çox Çinə satılır, əvəzində onlardan ipək başda olmaqla, müxtəlif mallar alınırdı.

Qədim türklərdə belə bir inam varmış ki, ölən insanın o dünyada da bəzi şeylərə ehtiyacı olur. Ona görə də onun məzarına yemək, pal-paltar, digər əşyalarla yanaşı, atını da basdırırdılar. Qazıntılar zamanı qəbirlərdən insan sümükləri ilə yanaşı, at sümüklərinin çıxması da bunu sübut edir. 

Türklərdə at qurban etmə (kəsmək) kimi qədim bir ənənə də olub. Dini toplantılarda, and törənlərində (andiçmə mərasimlərində) atlar Tanrıya qurban edilirdi. Əsasən ayğır atlar qurban kəsilirdi.

Atları müqəddəs bilən türklərə görə, yuxuda at görmək arzuya qovuşmağa bir işarədir. Gəlin gələn qızın donuna at qılı tikərdilər ki, onun oğlu olsun. Gəlin gedən qızın gəlinlik donuna at tükü tikərdilər ki, onun ailə həyatı uğurlu olsun. Atın gövşədiyini görən kimsə həmin anda nə arzu etsə, yerinə yetərmiş.

Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycanda da qədim zamanlardan atçılıqla məşğul olublar. Eramızdan əvvəl IV əsrdə yaşamış yunan tarixçisi Herodot yazırdı ki, Midiyada (qədim Azərbaycan dövləti) Hisey adlanan geniş bir vadidə boylu və yaraşıqlı atlar yetişdirilirmiş.

Hazırda dünyada atın 425-dən çox cinsi var, bunlardan milli at cinsi sayılan ikisi, Qarabağ və Dilboz atları ölkəmizdə yetişdirilir.

Qarabağ atı - Azərbaycanın Qarabağ ərazisində yetişdirilən və geniş yayılmış at cinsidir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Onlar xalq seleksiyası yolu ilə alınmış e.ə. Manna və Midiya atlarının nəsli hesab olunurlar. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Bu atı başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıb. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. 1956-cı ildə İngiltərə kraliçası II Yelizaveta Azərbaycandan "Zaman" adlı Qarabağ atını hədiyyə alarkən demişdir: "Bütün daş-qaş zinyətlərinin zirvəsində brilyant durduğu kimi, dünya atsevərləri də Qarabağ atını cins atların brilyantı adlandırır, çünki bu atlar günəş kimi par-par parıldayır".

Dağ-minik yük heyvanı olan Dilboz atları isə Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonları ərazisində yetişdirilir. Dilbozlar onlara xas qərarsız temperamenti və geniş yayılmış yorğa yerişi ilə seçilir. Bu, sağlam, uzunömürlü və törəyib artan cinsdir. Xasiyyəti əsəbi və çox enerjili olan atın müsbət əlaməti onun yüksək cəldliyidir. Dilboz cinsindən olan atlar dağlarda və milli idman növlərində istifadə olunur. Bu atlar çox dözümlüdür və dağlıq ərazidə gün ərzində 45-55 kilometri 115-130 kiloqram yüklə, minik kimi isə 70 kilometri çox asanlıqla qət edir. Yazılanlara görə, Nüşabə Bərdədə İskəndəri Qarabağ və Dilboz atları ilə qarşılamışdır. Dilboz atları İskəndərin çox xoşuna gəlmiş və onları "Şərqin ceyranı" adlandırmışdır. (Bax: M.Zeynalov: "Azərbaycanda atçılıq", Bakı-2006)

Qarabağ və Dilboz at cinslərindən başqa, respublikamızda xalq seleksiyası yolu ilə alınmış Quba yorğası, Şirvan, Ərəb və Kiçik Qafqaz atları da yetişdirilir. Mütərəqqi texnologiya və məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında Atçılıq zavodlarında yüksək damazlıq keyfiyyətlərinə malik atlar yetişdirilir.

"Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı", - deyən atalar, həm də  "At muraddır", - demişlər. Allah hər kəsi öz muradına çatdırsın!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri