Icma.az
close
up
RU
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Vyana, 13 iyun, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandakı mövcud vəziyyətə dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, qurumun rəhbəri Rafael Qrossi bəyanatda prosesin bu cür inkişafının narahatlıq doğurduğunu ifadə edib.

Qeyd edilib ki, hazırda İranın nüvə təhlükəsizliyi üzrə məsul orqanları ilə əlaqəli şəkildə müvafiq nüvə obyektlərinin vəziyyəti müəyyənləşdirilir, eləcə də nüvə təhlükəsizliyinə mümkün təsirlər qiymətləndirilir.

Bəyanatda bildirilir ki, hazırda İranın səlahiyyətli orqanları Natanz zənginləşdirmə obyektinin zərər gördüyünü və radiasiya səviyyəsinin artmadığını təsdiqləyiblər. Eyni zamanda bildirilib ki, hazırda İsfahan və Fordo obyektlərinə ziyan dəyməyib.

R. Qrossi nüvə obyektlərinə hücumlardan narahatlığını da qeyd edib: “Mən dəfələrlə bəyan etmişəm ki, kontekst və ya şəraitdən asılı olmayaraq nüvə obyektlərinə hücum edilməməlidir, çünki bu, həm insanlara, həm də ətraf mühitə zərər verə bilər. Belə hücumlar nüvə təhlükəsizliyi, mühafizə tədbirləri, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizlik baxımından ciddi nəticələrə səbəb ola bilər“.

R. Qrossi tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirməyə çağırıb. Qeyd edilib ki, AEBA vəziyyəti yaxından izləməyə davam edir, texniki yardım göstərməyə hazırdır və istənilən şəraitdə nüvə təhlükəsizliyi, mühafizəsi və təminat tədbirləri ilə bağlı mandatına sadiq qalır.

Yekunda bildirilib ki, tələb olduğu halda, agentlik öz ekspertlərinin bölgəyə ezam etməyə hazırdır. Eyni zamanda, beynəlxalq qurum eskalasiyanın qarşısını almaq üçün etibarlı platforma kimi öz imkanlarını tərəflərə təqdim edir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri