Avokadonun faydaları nələrdir?
Yetişmiş avokado dünyanın ən dadlı meyvələrindən hesab olunur. Əsasən ət yeməklərində, souslarda və salatlarda istehlak edilir. Tərkibindəki yüksək vitamin və mineral dəyərlərinə görə onu müntəzəm olaraq istehlak etmək insan orqanizmi üçün olduqca faydalıdır.
Pravda.az avokadonun faydalarını təqdim edir:
Avokadonun tərkibindəki sağlam yağlar yüksək enerji mənbəyi olduğundan aclıq hissi yarada bilir. Bu halda çəkini stabil saxlamaq olur. Tərkibindəki yağlar yüksək miqdarda doymamış yağ turşularından ibarət olduğundan ürək-damar sağlamlığı üçün də çox faydalıdır.
Lif baxımından çox zəngin olan avokado həzm sistemi üçün çox əvəzsizdir. Bağırsaqların işini tənzimləyərək qəbizliyin qarşısını alır. Davamlı olaraq avokado istehlakı bədəni K vitamini ilə təmin edir.
Avokadonun qadınlar üçün faydaları nələrdir?
Avokadonun tərkibində sağlam hamiləlik üçün lazım olan fol turşusu var. Eyni zamanda avokado yağını dəri və saça sürtmək olduqca faydalıdır.
Avokadonun kişilər üçün faydaları nələrdir?
Kişi reproduktiv sağlamlığına müsbət təsir edir. Kişilərdə sperma keyfiyyətinin yaxşılaşdırılmasında və testosteron istehsalının təşviqində müsbət təsir göstərir.
Həddindən artıq avokado istehlak etmək zərərlidirmi?
Avokado yüksək miqdarda yağ ehtiva edən bir meyvədir və digər qidalar kimi lazımi miqdarda istehlak edilmədikdə bəzi yan təsirlər göstərə bilər. Həddindən artıq yağ istehlakı çəki artımına səbəb olur. Bu halda lazım olandan daha çox avokado istehlakı arzuolunmaz çəki artımına səbəb ola bilər. Avokadonun tərkibində qan laxtalanmasını dəstəkləyən K vitamini də var. Qan durulaşdırıcı dərmanlar istifadə edən şəxslərin avokado istehlak edərkən diqqətli olmalıdır.
Avokado necə saxlanmalıdır?
Avokado əsl dadını yetişdikdən sonra hiss etmək olur. Ən optimal variant yetişməsi üçün otaq temperaturunda saxlamaqdır. Yetişdikdən sonra soyuducuda saxlamaq olar. Avokadoları uyğun temperaturda təxminən 2-3 gün soyuducuda saxlamaq mümkündür. Ancaq otaq temperaturunda yetişməsi gözlənilən avokadoların bir-biri ilə təmas etməməsinə diqqət yetirilməlidir. Çünki yetişdikcə bir-birinə dəyən hissələrdə qaralma ola bilər. Bu da arzuolunmaz haldır.
Beləliklə, bu faydalı meyvəni qida rasionunuza əlavə edərək sağlamlığınıza töhfə verə bilərsiz.