Icma.az
close
up
RU
Zehni gücləndirir, hüceyrələri yeniləyir Avokadonun unikal faydaları

Zehni gücləndirir, hüceyrələri yeniləyir Avokadonun unikal faydaları

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var.  Sağlamlıq üçün çox faydalıdır.

Sağlamolun.az avakadonun faydalarını təqdim edir:

Zehni gücləndirir

Beyni qüvvətləndirmək və zehni gücləndirmək üçün ən yaxşı üsul qidalarımıza fikir verməkdir. Avokado omeqa-3, yağ turşuları, həm də təbii E vitamini ilə zəngindir. Buna görə də, insanda problemləri həlletmə, qərarvermə qabiliyyətini artırır.

Xolesterinin səviyyəsini azaldır

Mütəmadi olaraq bir dilim avokado yemək orqanizminizin gündəlik yağ ehtiyacının 32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə, doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic və infakt riskinin azalması deməkdir.

Vitaminlərin  mənimsənməsinə yardım edir

Bir çox vitamin yağda həll olunur. A, K, D və E vitaminləri yağda həll olunan vitaminlərdir. Yemək yedikdən sonra vitaminlərin çoxu orqanizmdən atılır. Ancaq yeməklərin yanında bir dilim avokado yedikdə, onun tərkibindəki yağlar sayəsində vitaminlər daha tez həll olunur. Beləliklə, vitaminlər orqanizmin daxilində qalaraq daha sağlam olmağınızı təmin edir.

Bağırsaq iltihabını yox edir

Hər kəs bağırsaq iltihabından əziyyət çəkə bilər. Bu, bəzən gizli şəkildə inkişaf edir və təhlükəli xəstəliklərə gətirib çıxarır. Avokadonun tərkibindəki yağ turşuları, C və E vitaminləri kimi əhəmiyyətli antioksidantlar bağırsaq iltihabının qarşısını alır.

Görmə qabiliyyətini artırır

Avokadonun tərkibində görmə qabiliyyətini artıran  karotenoidlər , lutein və zeaksantin var. Avokado,həmçinin  gözləri kompüterin zərərli işıq dalğalarından qorumağa kömək edir və göz xəstəlikləri riskini azaldır.

Maddələr mübadiləsini yaxşılaşdırır

Avokado organizmdə maddələr mübadiləsini artıran qidalar sırasına daxildir. Tərkibində olan liflər  avokadonun   ümumi çəkisinin təxminən 7% -ni təşkil edir. Bir avocado  lazım olan gündəlik lif qəbulunun təxminən 27% -ni ehtiva edir. Demək olar ki ,o  lifli qidaların bütün xüsusiyyətlərini daşıyır: arıqlamağa kömək edir, maddələr mübadiləsini sürətləndirir.

 Kaliumla zəngindir

Bir çox insan kalium çatışmazlığından əziyyət çəkir. Belə xəstələrə banan yemək tövsiyə olunur. Ancaq avokadonun tərkibindəki kalium banandan daha çoxdur. Bir ədəd avokado gündəlik kalium ehtiyacının 14 faizi deməkdir.

Qeyd edək ki, kalium infarkt və böyrək çatışmazlığı riskinin qarşısını alır.

Hamilələ qadınlara tövsiyə olunur

Avokado hamilələr üçün ən yararlı qidalardan biridir. Çünki hamilə qadınlar və döl normaldan daha çox fol turşusu qəbul etməlidir. Bir ədəd avokadoda da həm hamilə qadın, həm də  döl üçün zəruri olan fol turşusunun 25 faizi var.

Hüceyrələri yeniləyir

İnsan bədənində hüceyrələr daim yenilənir. Avokado hüceyrələrin yenilənməsi prosesini sürətləndirir. Tərkibindəki  20 fərqli vitamin və mineral sayəsində daha sağlam hüceyrələrin yaranmasını təmin edir.

Artrit əlamətlərini aradan qaldırır

Avokadonun tərkibində bədənin artritə səbəb ola biləcək iltihabı azaltmasına kömək edən antiinflamatuar maddələr olan polihidroksillənmiş yağ spirtləri (PFA) var. Avokado artrit əlamətlərindən azad olmağa kömək edir, çünkü onun tərkibində iltihabla mübarizə apara bilən C vitamini və E vitamini kimi əhəmiyyətli antioksidanlar da mövcuddur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri