Icma.az
close
up
RU
Avropa Birliyi Kremldən təhlükəsizlik təminatı gözləyir: Əvəzində isə Rusiyaya yenə də Ukrayna təklif olunur

Avropa Birliyi Kremldən təhlükəsizlik təminatı gözləyir: Əvəzində isə Rusiyaya yenə də Ukrayna təklif olunur

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Kremlin "qoca qitə"yə hücum planının olmadığına tam təminat verilərsə, Fransa da daxil olmaqla, Avropa Birliyi tam tərkibdə Ukraynanı Rusiyaya təslim etməyə hazırdır... Belə anlaşılır ki, Qərb öz maraqları naminə tərəfdaşlarını "satmağa" həmişə hazır olma vərdişlərini Ukraynanın timsalında növbəti dəfə təsdiqləmək niyyətinə düşüb...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbə verir ki, Ukrayna savaşı ətrafında yaranmış situasiya qəlizləşməkdə davam edir. Belə ki, hazırda Rusiya əleyhinə düşərgədə olduqca ciddi ziddiyyətlərin mövcudluğu müşahidə edilir. Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ-ın mövqeyi Avropa Birliyinin narrativlərindən ciddi şəkildə uzaqlaşmağa başlayıb. Avropa Birliyinin daxilində ön plana keçən Rusiya xofunun əsas səbəbi də məhz bu önəmli faktorun təsirindən qaynaqlanır. Və bu baxımdan, ABŞ-ın hazırda Avropa Birliyi ilə eyni Rusiya əleyhinə düşərgədə yer alması müəyyən mənada, formal xarakter daşıyır.

Onu da qeyd etmək lazımdır ki, kollektiv Qərbin üzləşdiyi ziddiyyətlər yalnız bunlarla məhdudlaşmır. Ukrayna ilə sərhəd təması olan Şərqi Avropa ölkələri hazırda öz gələcək mövcudluq perspektivlərindən narahat olduqlarını qətiyyən göstərmirlər. Xüsusilə də, Ukrayna savaşından sonra Rusiyanın öz itkilərini bərpa edərək, Şərqi Avropa ölkələrinə hücum edə biləcəyi ilə bağlı mülahizələr Qərb siyasi dairələrində ciddi narahatlıq qaynağına çevrilib. Və bu barədə Avropa Birliyi daxilində hazırlanmış hesabatlar "qoca qitə" ölkələrini Rusiya ilə müharibə ehtimalına fokslandırıb.
Məsələ ondadır ki, Avropa məkanında ABŞ-ın "təhlükəsizlik çətiri"nin əvəzlənməsinə yönəlik planlar hazırda ciddi müzakirə mövzusudur. Hətta Avropa Birliyi yaxın gələcəkdə NATO-nun belə, ABŞ-ın iştirakı olmadan yenidən qurulması ilə bağlı variantlara hazırlaşmağa başlayıb. Və bu, ABŞ-Avropa Birliyi münasibətlərinin daha da korlanma ehtimalını aktual saxlayır.

Digər tərəfdən, Tramp adminstrasiyası Avropa Birliyini Rusiyanın "qoca qitə"yə hücum etmək niyyətində olduğuna inandırmağa çalışsa da, Ağ Evdən bu barədə təminat verilməsi tələb olunur. Üstəlik, NATO-dan verilmiş son açıqlama da Rusiyaya xəbərdarlıq mesajı xarakteri daşıyır. Belə ki, bu hərbi-siyasi alyans Avropa ölkələrinə, o cümlədən, Polşaya hərbi müdaxilə ediləcəyi təqdirdə, buna dağıdıcı reaksiya veriləcəyini qabardıb. Və bu, o deməkdir ki, Ukrayna böhranı ucbatından daha qlobal savaş təhlükəsi öz aktuallığını hələ də qoruyub, saxlayır.

Ancaq bütün bunlara baxmayaraq, Avropa Birliyinin daxilində də ciddi ziddiyyətlər mövcuddur. Belə ki, bəzi Avropa ölkələri Rusiyaya qarşı aqressiv ritorikanın yumşaldılmasının vacibliyini qabardırlar. Ona görə də, hazırda Avropa Birliyinin diplomatiya rəhbəri Kallasın müharibəyə bağlı sərt mövqeyi narazılıq doğurur, onun rəhbərlik tərzi tənqid edilir. Belə qənaətlər mövcuddur ki, Kallasın Rusiya ilə savaş ritorikası Avropa Birliyinin rəsmi mövqeyinə zidd situasiya yaradır.

Halbuki, rəsmi Varşava Rusiyanın savaş planlarına laqeyd yanaşılmasının yaxın gələcəkdə ilk növbədə Polşanı real təhlükə qarşısında buraxa bilər. Bu Şərqi Avropa ölkəsinin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Dariuş Lukovski isə Rusiya ilə müharibə baş verəcəyi təqdirdə, Polşa cəmisi 14 gün müdafiə oluna biləcəyini vurğulayıb. Və bu səbəbdən də, Polşa Rusiyaya qarşı sərt ritorikanın yumşaldılması ilə bağlı çağırışları təhlükəli yanaşma tərzi hesab edir.

Trampın “Ukrayna planı” Kremlə baha başa gəlir: Rusiya Avropa Birliyini  qorxutmalı, Çini isə...

Avropa Birliyi daxilində Rusiya qarşısında geri çəkilmə meyilləri isə artmaqdadır. Hər halda, Fransa, İtaliya və İspaniya Ursula fon der Lyayenin təklif etdiyi "Avropanın yenidən silahlandırılması" planını dəstəkləməyib.Bu ölkələrin hakimiyyətləri genişmiqyaslı xərcləri qarşılaya bilməyəcəklərindən ehtiyatlanırlar. Çünki Avropa Komissiyası yaxın dörd il ərzində "qoca qitə"nin müdafiəsinə 800 milyard avro xərcləməyi təklif edirdi. Və bu təklifin dəstək qazanmamasında ABŞ-ın Avropa Birliyini "nüvə çətiri"ndən məhrum etməyəcəyi ilə bağlı qapalı qapılar arxasında verdiyi təminatın da xüsusi rolu olduğu bildirilir.

Digər tərəfdən, Avropa Birliyi ölkələrinin Ukraynaya qoşun göndərmək ideyasından tədricən imtina edərək, rəsmi Kiyevə alternativ dəstək variantlarına üstünlük verməyə çalışacaqları barədə də artıq müəyyən məlumatlar mövcuddur. Halbuki, bu ideyanın əsas müəlliflərindən olan Fransa prezidenti Emmanuel Makron vurğulanıçdı ki, Qərbin Ukraynaya göndərmək istədiyi "sülhməramlı qüvvələr", onlara hücum edildiyi təqdirdə, hərbi cavab reaksiyası vermək hüququna malik olmalıdır. Və bu ideya indi NATO-Rusiya müharibəsinə səbəb ola biləcək variant kimi dəyərləndirilməyə başlanıb.

Maraqlıdır ki, Avropa Birliyi daxilində ön plana keçməkdə olan bu narrativ əslində, Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Belə ki, Kreml Qərbin Ukraynada "sülhməramlı hərbi kontingentiları" yerləşdirmək ideyasına aqressiv şəkildə qarşı çıxır. Kreml Qərb siyasi dairələrinə sərt şəkildə xəbərdarlıq edir ki, bu, Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurmaya gətirib, çıxara bilər. Və belə qarşıdurma isə istənilən halda, qlobal savaş təhlükəsi vəd edir.

Göründüyü kimi, Qərb düşərgəsində ziddiyyətlər artıq şaxələnərək, idarəolunmaz istiqamətlər almağa başlayıb. Çünki bir müddət öncəyə qədər Ukraynaya savaşın sonunadək hərbi dəstək vəd edən Avropa Birliyi artıq tədricən geri çəkilmək üçün yollar axtarır. Belə anlaşılır ki, Kremlin "qoca qitə"yə hücum planının olmadığına tam təminat verilərsə, Fransa da daxil olmaqla, Avropa Birliyi tam tərkibdə Ukraynanı Rusiyaya təslim etməyə hazırdır. Və bu, Qərbin öz maraqları naminə tərəfdaşlarını "satmağa" həmişə hazır olduğunu növbəti dəfə təsdiqləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Mart 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri