Icma.az
close
up
RU
Avropa çempionu olmuş məşqçi İngiltərə və İtaliya futbolunu müqayisə etdi

Avropa çempionu olmuş məşqçi İngiltərə və İtaliya futbolunu müqayisə etdi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Hazırda işsiz olan tanınmış italiyalı mütəxəssis Roberto Mançini futbola həsr olunmuş bir tədbirdə iştirak edərək maraqlı açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, ''Yuventus'' Tyaqo Motta ilə vidalaşdıqdan sonra ilk növbədə Mançiniyə təklif göndərdi. Amma bu məşqçi təklifi geri çevirdikdən sonra Turin nəhəngi İqor Tudor ilə anlaşdı. Həm futbolçu, həm də məşqçi kimi bir çox önəmli titullar qazanmış və İtaliya yığması ilə Avropa çempionu olmuş 60 yaşlı Mançini bunları deyib:

''Yuve''də baş verənlərlə bağlı heç bir fikrim yoxdu. Bu mövzuda danışmaq istəmirəm. Növbəti klubu seçərkən hansı kriteriyalara önəm verəcəm? İlk növbədə kiminlə çalışacağımı bilməliyəm və klub mənə istədiyim oyunçuları ala biləcəyimə zəmanət verməlidi. Böyük xərclərin altına girməyə hazır olub-olmadıqlarını bilməliyəm. Baş məşqçinin üzərinə böyük yük düşür və işlər qaydasında getmədikdə məşqçi məsuliyyəti üzərinə götürməkdən çəkinməməlidi. Çünki adətən komandanın necə oynamalı olduğuna məşqçi qərar verir və üstəlik o, futbolçulardan daha çox qazanır. Ona görə də uğursuz nəticənin əsas yükü onların üzərinə düşür. Məşqçini dəyişmək bütün oyunçuları dəyişməkdən daha asandı. Amma bir məqam var ki, yeni məşqçiyə mütləq zaman verilməlidi. İtaliyada adətən məşqçiyə 6 ay verirlər. Bu müddət tamam olduqdan sonra nəticələr düzəlmirsə, məşqçi müzakirə olunmağa başlayır. Artıq İngiltərə də bu yolla irəliləyir. Məşqçi üçün ona güvənən bir klub tapmaq çox önəmlidi. İngiltərədə adətən hər şeylə məşqçi maraqlanır və o özü qərar verir. Hətta səyahətləri də məşqçi təşkil edir. Çünki orda idman direktoru olmur. Bütün təşkilatçılıq yükü məşqçinin üzərinə düşür. Etiraf etməliyəm ki, bu, heç də pis məqam deyil. İtaliya klublarında isə həm idman direktoru olur, həm də baş müdür. Artıq İngiltərə də yavaş-yavaş bu modelə keçir. Orda da bəzi klublarda idman direktorları gətirilib. İngiltərənin futbol mədəniyyəti fərqlidi. Qalib gəlsən də, məğlub olsan da, həmin axşam hər kəs bara gedə bilir. Orda futbol sadəcə bir oyun kimi qəbul olunur. Məğlubiyyət faciə kimi qiymətləndirilmir. Hamı anlayır ki, bu gün uruzdunsa, növbəti oyunda vəziyyəti düzəltmək şansın olacaq. Amma İtaliyada belə şey mümkün deyil. Ona görə də İtaliyada məşqçilərin üzərində təzyiq daha çoxdu''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Mart 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri