Icma.az
close
up
RU
Avropa İttifaqından qorxunc iddia: Dünyada milyonlarla insan üçün dəhşətli olacaq Biz bu fırtınanın qarşısını almaq üçün hər şeyə sahibik

Avropa İttifaqından qorxunc iddia: Dünyada milyonlarla insan üçün dəhşətli olacaq Biz bu fırtınanın qarşısını almaq üçün hər şeyə sahibik

Mia.az saytına istinadən Icma.az xəbər verir.

"Bu qərar dünyada milyonlarla insan üçün dəhşətli olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın Avropa ölkələrinə əlavə 20 faizlik vergi yükü tətbiq etməsinə münasibətdə deyib.

Avropa İttifaqının ABŞ-ın, daha dəqiqi, Trampın sabahdan qüvvəyə minəcəyi gözlənilən yeni həmləsinə qarşı əks tədbirlər hazırladığını qeyd edən Aİ rəsmisi Donald Trampın bütün ölkələrə qarşı elan etdiyi tariflərin dünya iqtisadiyyatına böyük zərbə vuracağını vurğulayıb.

Aİ-Mərkəzi Asiya Sammiti üçün getdiyi Özbəkistanda çıxış edən Von der Leyen bildirib ki, qərarın çox böyük mənfi nəticələri olacaq: "Qlobal iqtisadiyyat bu qərardan böyük zərər görəcək, qeyri-müəyyənlik artacaq və proteksionizm daha da yüksələcək. Nəticələri bütün dünyada milyonlarla insan üçün dəhşətli olacaq. Artan inflyasiya səbəbindən milyonlarla vətəndaşın alıcılıq qabiliyyəti enəcək, ərzağa daha yüksək ərzaq ödəniş tələb olunacaq. Dərman və nəqliyyat daha bahalı olacaq. İnflyasiya yüksələcək".

O, ABŞ-ın ticarət tərəfdaşlarını xaosa sürüklədiyini qeyd edib: "Ancaq mən də deyirəm: son alətiniz kimi tarifləri yüksəltməyə can atmaqla problemi həll etməyəcəksiniz. Biz isə qlobal ticarət sistemini iqtisadiyyatın reallıqlarına uyğunlaşdırmaq üçün hər cür səyi dəstəkləyəcəyik. Eyni zamanda, biz də ABŞ-a qarşılıq verməyə hazırıq. Biz artıq polad tariflərinə cavab olaraq ilk əks tədbirlər paketini tamamlayırıq. İndi maraqlarımızı və bizneslərimizi qorumaq üçün əlavə tədbirlər görməyə hazırlaşırıq. Avropa dəyərlərini müdafiə edəcək. Avropa bu fırtınanın qarşısını almaq üçün lazım olan hər şeyə sahibdir".

Xatırladaq ki, ABŞ prezidenti Tramp sabahdan etibarən Çinə 34 faiz, Aİ-yə 20 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Yaponiyaya 24 faiz, Hindistana isə 26 faiz əlavə vergi yükü tətbiq edəcəyini açıqlayıb.

Samir Musayev
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri