Icma.az
close
up
RU
Avropa İttifaqının Gəncə planı: Hansı layihələr icra olunacaq?

Avropa İttifaqının Gəncə planı: Hansı layihələr icra olunacaq?

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Avropa İttifaqı (Aİ) Azərbaycanda səhiyyə, ekologiya, şəhər infrastrukturu və nəqliyyat sahələrində, o cümlədən Gəncə şəhərində layihələr həyata keçirir".

Bakupost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, Gəncədə həyata keçirilən layihələr ikitərəfli əməkdaşlıq çərçivəsində Aİ və Azərbaycan tərəfindən müəyyən edilmiş ümumi məqsədlərin və ambisiyaların bir hissəsidir.

"Bütün təşəbbüslər iki əsas kateqoriyaya - qrant və investisiya layihələrinə bölünür. Qrant vəsaitləri Azərbaycanın maraqları naminə proqramların həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar vasitəsilə Aİ tərəfindən verilir və geri qaytarılmır. İnvestisiya layihələri isə, öz növbəsində, dövlət qurumlarına və ya bələdiyyələrə kreditlər şəklində maliyyələşdirmənin verilməsini nəzərdə tutur", - o bildirib.

Bununla yanaşı, Bojkovun sözlərinə görə, Aİ alıcıların maliyyə yükünü azaldaraq, kreditləri qrant komponenti ilə qismən kompensasiya etməyə imkan verən mexanizmlərdən istifadə edir.

Bojkov vurğulayıb ki, qrant təşəbbüsləri sırasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iştirakı ilə Qarabağda regional inkişaf və ətraf mühitin mühafizəsi üzrə layihələr, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sisteminin gücləndirilməsinə və ilkin tibbi-sanitariya yardımının inkişafına yönəlmiş proqramı həyata keçirilir.

O, həmçinin Gəncənin də iştirak etdiyi "Merlər Razılaşması" (Covenant of Mayors) təşəbbüsünü xatırladıb.

"Proqram çərçivəsində Azərbaycan və Aİ ölkələrinin şəhərləri planlaşdırılma, "yaşıl texnologiyalar" və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadiləsi aparırlar", - o bildirib.

İnvestisiya layihələri arasında o, strateji əhəmiyyətə malik olan Naxçıvanın dəmir yolu infrastrukturunun bərpasını xüsusi qeyd edib.

"Bundan əlavə, Aİ Gəncədə enerji səmərəliliyinin artırılmasına və şəhər infrastrukturunun inkişafına yönəlmiş su ehtiyatlarının idarə olunması və küçə işıqlandırılmasının modernləşdirilməsi üzrə layihələri nəzərdən keçirir", - o əlavə edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 İyun 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri