Icma.az
close
up
RU
Avropa müharibə meydanına çevirilə bilər TƏHLİL

Avropa müharibə meydanına çevirilə bilər TƏHLİL

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, vətəndaş qarşıdurmaları getdikcə daha amansız və gərgin xarakter almaqdadır. Çünki böyük güclər qanlı toqquşmaların baş verməsində maraqlıdırlar. Nəticədə böyük pullar qazanır və başqa dövlətlərin zəifləməsi ilə öz hegemonluqlarını nümayiş etdirirlər. Fikir verin, tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də Fransa işğalçılıq siyasətini həyata keçirir. Afrika və Asiyada 20-yə yaxın ərazini işğal edən Fransa bununla qəsbkar, vandal bir dövlət olduğunu nümayiş etdirir. Dəfələrlə BMT-yə üzv ölkələr, eləcə də müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar Fransadan işğal etdiyi əraziləri boşaltmaq barədə qətnamələr qəbul etsələr də, rəsmi Paris qətnamələri icra etməkdən imtina edir. Almaniya da vəhşiliyinə və qəddarlığına görə Fransadan heç də geri qalmır. Əksinə, yalnız iyirminci əsrdə 100 milyona yaxın insanın həyatına son qoyan iki dünya müharibəsinin əsas müəllifi və iştirakçısı olmaqla müəyyən məsələrdə Fransadan da irəli olduğunu nümayiş etdirib. İkinci Dünya müharibəsinin başlanmasının bir neçə səbəbi mövcuddur. Birincisi, 1914-1918-ci il dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması idi ki, bunu Almaniya özünə təhqir hesab edirdi. İkincisi, Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi, üçüncüsü, Hitler "reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları, dördüncüsü, Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri, beşincisi, iri dövlətlərin, o cümlədən ABŞ-nin "qarışmamaq" mövqeyi tutmaları, altıncısı, ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri, yeddincisi, sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri, səkkizincisi, SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması və nəhayət, doqquzuncusu, iyirminci əsrin 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi idi.

1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi. 1939-cu il 1 sentyabrda saat 4:45 radələrində Danzig limanında olan alman müharibə gəmisi ''Schleswig-Holstein'' Polşaya aid ''Westerplatte'' adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət, İkinci Dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 4:40 radələrində alman bombardman təyyarələri, Breslaunun 100 km şərqindəki ''Wielun'' qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir alman-slovak bölüyü 26 avqust tarixində Jablona Keçidini işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Sentyabrın 3-10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. Bu gün olduğu kimi, o zaman da ABŞ hiyləgər siyasətini ortaya qoydu, bəyan etdilər ki, onlar müharibəyə qoşulmurlar. 1940-cı ilin aprel və may aylarında almanlar qəflətən Norveçi, Danimarkanı və Niderlandı və Belçikanı işğal etdilər. Hazırda dünyada özünü işğalçı dövlət kimi tanıdan və bununla da dünyaya meydan oxuyan Fransa 1940-cı il 13 iyunda alçadıcı formada Almaniya tərəfindən işğal edildi. 1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası gizlincə ABŞ Sakit okean donanmasının Havay adalarındakı Perl-Harbor əsas bazasına yaxınlaşaraq ona güclü zərbə endirdi. Nəticədə 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi, yüzlərlə əsgər və zabit öldürüldü. Bundan sonra ABŞ bitərəfliyinə son qoyub, İkinci Dünya müharibəsinə qoşuldu. Müharibəsinin sonunu isə Sovet ittifaqı gətirdi. SSRİ-nin nizami ordusu, müasir hərbi sistemi, dəmir hərbi idarəetməsi Almaniyanın işğalçılıq maşınını sıradan çıxartdı. Müharibənin əsas qalibi SSRİ olsa da, ən çox insan itkisinə, böyük dağıntılara məruz qalan da sovetlər oldu. İkinci Dünya müharibəsində 70 milyon insan həyatını itirdi ki, onun da 30 milyonu sovetlər birliyinə daxil olan respublikaların əhalisi olmuşdur. Yalnız İkinci Dünya müharibəsində Azərbaycandan cəbhəyə 700 minə yaxın döyüşçü getmişdir ki, onun da 350 mini müharibənin qubanı oldu. Almaniya İkinci Dünya müharibəsindən sonra müttəfiqlərin birgə qərarı ilə tərksilah olmuş və ordu saxlamaqdan məhrum edilmişdir. Lakin hazırkı dünya siyasətində baş verən müəyyən boşluqlardan və xaosdan istifadə edən Almaniya yenidən dirçəlməyə və dünyayanı hərbi silah-sursatı ilə hədələməyə başlayıb.

Dünyada baş verən müharibələrin xranologiyasına nəzər yetirsək, məlum olar ki, bütün müharibə və münaqişələrdə Almaniya bu və digər formada iştirak edir. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsində Almaniya daha fəal iştirakçıdır. Səbəbi də nasistlərin ölkənin hakimiyyətinə güclü təsir etmələridir. Fridrix Merz Almaniya kansleri seçildikdən sonra daha böyük çeşidlə Ukraynaya hərbi yardımlara göstərməyə çalışır. Fridrix Merz bəyan edib ki, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ ilə birlikdə Ukraynaya hərbi təchizatın çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, Ukrayana əldə etdiyi uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmaq imkanı əldə edir: “Ukraynaya çatdırılan silahların çeşidinə - nə ingilislər, nə fransızlar, nə də bizim tərəfimizdən artıq heç bir məhdudiyyət yoxdur. Amerika tərəfdən də heç bir etiraz yoxdur. Bu o deməkdir ki, Ukrayna indi, məsələn, Rusiyadakı hərbi obyektlərə hücum etməklə özünü müdafiə edə bilər. Son vaxtlara qədər o bunu edə bilməzdi və ya çox nadir istisnalarla bunu edirdi. İndi o bunu edə bilər”.

Bir qədər əvvəl Almaniya Ukraynaya üçüncü “Patriot” zenit raket sistemi, dəniz katerləri və “Vector” dronlarını ehtiva edən yeni bir hərbi yardım paketi verib. Yardım paketinə “Patriot”dan başqa, onun üçün raketlər və ehtiyat hissələri, həmçinin “Leopard 1” tanklarının döyüş sursatları, həmçinin 30 ədəd “Vector” kəşfiyyat PUA-sı, pilotsuz təyyarələrin söndürülməsi üçün 200 mobil cihaz; 10 dəniz kateri; 10 zirehli maşın və 3 patrul maşını; “Gepard” zenit tankları üçün 55 min 155 mm mərmi və 9 min digər mərmilər daxildir.

Hadisələrin inkişafı onu deməyə əsas verir ki, Almaniya kansleri Fridrix Merz Rusiyanın zərərsizləşdirilməsi daha israrlı görünür. Bəzi hallarda o canlı qüvvə ilə Ukraynaya hərbi dəstəyin göstərilməsini təklif edir. Hələlik isə onun bu təklifi müttəfiq ölkələr tərəfindən dəstəklənmir. Fridrix Merz isə təkbaşına ağılsız addım atmaq istəmir. Düşünür ki, Ukraynaya canlı qüvvə göndərilsə, bu, Rusiyanın qəzəbinə səbəb olar və Berlin Rusiyanın raket hədəfinə çevrilər. Ona görə də, hələlik, Rusiyanın sərhədləri yaxınlığında ordu toplamaqla gələcək hücümlara hazırlıqlar görür. Artıq məlum olduğu kimi, Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkə xaricində - Litvada 5 min nəfərlik daimi hərbi kontingent yerləşdirir. Hələlik isə Litvada 400 alman hərbçisi xidmət edir. Briqadanın şəxsi heyətinin 2027-ci ilədək 5 min nəfərə (4800 hərbi qulluqçu və 200 mülki əməkdaş) çatdırılması, eləcə də bütün texniki təchizatla təmin olunması nəzərdə tutulur. Almaniyanın Kansleri Fridrix Merts və müdafiə naziri Boris Pistorius bununla əlaqədar Litvaya səfər ediblər. “Litva” (Litauen) adı verilən 45-ci tank briqadası Vilnüsdə böyük coşqu ilə qarşılanıb. Alman hərbi texnikaları Vilnüsün mərkəzindəki Katedral meydanında nümayiş olunub, sakinlər əsgərlərlə fotolar çəkdiriblər. Litva Prezidenti Gitanas Nauseda bu günü “tarixi gün” adlandırıb və alman əsgərlərinə təşəkkür edərək deyib: “Sizin burada olmağınız təkcə Litvanı deyil, bütün Avropanı daha təhlükəsiz və güclü edir”.

Almaniya Kansleri Fridrix Merts çıxışında bildirib ki, bu addım Almaniyanın NATO qarşısında öhdəliklərinə və Avropanın təhlükəsizliyinə ciddi əhəmiyyət verməsinin göstəricisidir. Kansler Almaniya və digər müttəfiqlərin NATO-nun Şərq cinahını gücləndirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb. Almaniyanın NATO-nun təhlükəsizliyi və müdafiəsi naminə Silahlı Qüvvələrinə böyük investisiya qoyduğunu qeyd edən F.Merts bildirib ki, ölkə bununla müttəfiqlərinə də bir siqnal göndərmək istəyir. “Biz müttəfiqlərimizlə birlikdə ittifaq ərazisini istənilən təcavüzə qarşı müdafiə etməkdə qətiyyətliyik. Baltikyanı müttəfiqlərimizin təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir. Biz Baltikyanı tərəfdaşlarımızın yanında qətiyyətlə dayanırıq... Əziz litvalılar, siz bizə - Almaniyaya güvənə bilərsiniz”, - deyə Almaniyanın Kansleri bildirib.

Rusiya hakimiyyəti Almaniyanın Litvada ordu yerləşdirməsini bu ölkənin Rusiyaya qarşı müharibə hazırlığı kimi qiymətləndirib. Rusiya parlamentinin yuxarı palatasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabarov Rusiya ilə müharibə olacağı təqdirdə Almaniyanı yanğınla hədələyib. O, Bundesverin baş müfəttişi Karsten Broyerin 2029-cu ildə Rusiya ilə mümkün müharibə üçün alman ordusunu lazım olan hər şeylə təchiz etmək barədə sözlərini müvafiq şəkildə şərh edib: “Düşünürəm ki, bu danışdıqları ilə Almaniyanın hazırkı liderləri sadəcə olaraq hakimiyyətdə olmayacaqlar və Rusiya ilə müharibəyə hazır olsalar, külə qovuşacaqlar. Rusiyanın Almaniya xalqı qarşısında heç bir mənəvi öhdəliyi yoxdur, çünki almanlar bir neçə dəfə müharibə ilə gəliblər. Başqa cavablar olmayacaq, Almaniya üçün sonuncu ola biləcək bir zərbə olacaq”.

Nasist Almaniyasının yenidən silahlanması və ordusunu gücləndirməsi dünya üçün təhlükədir. Ən azı İkinci Dünya müharibəsində üzləşdiyi alçaldıcı təslimçilik aktının qisasını almaq üçün Rusiyaya qarşı müharibəyə başlaya bilər ki, bu da nəticədə NATO-nun müharibəyə qoşulması ilə yekunlaşar. Rusiyanın nüvə silahından istifadəsi bəşəriyyətə dəhşətli fəlakətlər yarada bilər. Ona görə də, Almaniya susdurulmalı və İkinci Dünya müharibəsindən sonrakı vəziyyətə gətirilməlidir.

İ. ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyul 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri