Avropa Paralimpiya Komitəsinə qarşıdakı 4 ildə bu şəxslər rəhbərlik edəcəklər
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin paytaxtı Londonda Avropa Paralimpiya Komitəsinin (EPC) Ümumi Yığıncağı baş tutub.
İdman.biz Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə (ARMPK) istinadən xəbər veir ki, yığıncaqda keçirilən seçkilərin nəticəsinə əsasən, EPC-nin hazırkı prezidenti Raymon Blondel (Niderland) növbəti 4 il müddətinə yenidən quruma rəhbər seçilib.
Natalija Novikova (Latviya) vitse-prezident, Terje Roel (Norveç) isə xəzinədar vəzifəsinə seçilib. İdarə Heyətinə Tiago Carvalho (Portuqaliya), Njomza Emini (Kosovo), Asa Llinares Norlin (İsveç), Anita Urr (Macarıstan) və Tomas Varga (Slovakiya) üzv seçiliblər.
Qeyd edək ki, Ümumi Yığıncaqda ARMPK rəhbərliyi də iştirak edib.
İdman.biz


