Avropa Parlamenti Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 iyul, AZƏRTAC
Avropa Parlamenti Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib.
AZƏRTAC xəbər verir ki, iclas Avropa Parlamentinin rəsmi saytında yayımlanıb.
Deputatlardan 175-i Ursula Fon der Lyayenə etimadsızlıq votumunu dəstəklədiyi halda 553-ü onun əleyhinə səs verib, 18-i isə bitərəf qalıb.
Xatırladaq ki, etimadsızlıq səsverməsi ilə bağlı təklif Avropa Parlamentinin rumıniyalı deputatı George Piperya tərəfindən irəli sürülüb. O, Ursula Fon der Lyayeni və Avropa Komissiyasını pandemiya zamanı şəffaflığın olmamasında və zəif idarəetmədə günahlandırıb.

Avropa Parlamenti Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib
10 İyul 2025 18:30
Avropa Parlamenti Ursula fon der Lyayenə etimad səsverməsi keçirəcək
02 İyul 2025 21:23
Avropa Parlamenti Ursula fon der Leyenə etimadsızlıq təklifini rədd edib
09 Oktyabr 2025 14:29
Avropa Komissiyasının Prezidenti Zatialiləri xanım Ursula fon der Lyayenə
06 Dekabr 2024 18:14
Ursula fon der Lyayenə qarşı yeni İTTİHAMLAR
18 Sentyabr 2025 11:51

