“Avropa Parlamentinin qərarları bizim müstəqil siyasətimizə təsir edə bilməz” Aqil Abbas
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu qərarlar ölkəmizə qarşı ikiüzlü siyasətin tərkib hissəsidir, onlar heç bir real təsir gücünə malik deyil".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Aqil Abbas Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməni şərh edərkən dedi. Onun fikrincə, bu cür qətnamələr nə Azərbaycanın beynəlxalq mövqelərinə, nə də daxili siyasətinə təsir göstərə bilər:
"Avropa Parlamenti, Ermənistan və Fransa kimi ölkələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bizim öz balanslı siyasətimiz, öz yolumuz var. Ermənistan və Fransa kimi ölkələrin qəbul etdiyi qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Mən onları boş bir şey sayıram. Belə sənədlər Azərbaycanı heç bir şəkildə təzyiq altına sala bilməz”.
Aqil Abbas qeyd etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən bir ölkədir və heç bir xarici təzyiq bu siyasətin əsaslarını dəyişdirə bilməz.
"Ölkəmiz öz milli maraqlarını qorumaq üçün kifayət qədər güclüdür", - deyə millət vəkili bildirdi.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















