Icma.az
close
up
RU
“Avropa Parlamentinin qətnaməsi erməni rus lobbisinin layihəsidir” ŞƏRH

“Avropa Parlamentinin qətnaməsi erməni rus lobbisinin layihəsidir” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Avropa Parlamentinin həbsdə olan erməni separatçıları və Qarabağdan könüllü köç etmiş ermənilərlə bağlı qəbul etdiyi qətnamələr Azərbaycan–Ermənistan arasında davam edən sülh prosesinə ciddi zərbə vurur. Bu sənədlərdə sözügedən məsələlərin qabardılması nə regional sabitliyə, nə də Ermənistanın hazırkı hökumətinin siyasi maraqlarına cavab verir”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə Qarabağ ermənilərinin geri dönüşünü gündəmə gətirmir. Eyni zamanda, həbsdə olan separatçı liderlərin azad olunmasında da maraqlı deyil. Çünki həmin şəxslər uzun illər Ermənistan siyasətində dominant mövqe tutmuş Qarabağ klanının nümayəndələridir və birbaşa Moskvanın təsir dairəsində olublar. Onların azadlığa buraxılması Paşinyanın hakimiyyəti üçün daxili siyasi risklər yarada bilər.

Avropa Parlamentinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bilinən separatçıların azadlığa buraxılmasına çağırış etməsi, bu qurum daxilində erməni–rus lobbi şəbəkəsinin təsirinin nəticəsidir. Əgər bu separatçılar gələcəkdə Ermənistana qayıdarsa, onların siyasi və ideoloji fəaliyyəti Avropa İttifaqının deyil, məhz Rusiyanın maraqlarına xidmət edəcək. Bu isə Avropa İttifaqının Ermənistanı Qərbə inteqrasiya etdirmək siyasətinə ciddi maneələr yarada bilər.

Bununla da, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamələr göstərir ki, qurum müəyyən lobbi qruplarının təsiri altında öz strateji və geosiyasi maraqlarına zidd mövqe nümayiş etdirir. Nəticədə həm regional sülh prosesinə, həm də Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə zərər vurulur”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 18-də jurnalistlərlə söhbətində bildirib ki, əgər Qarabağ ermənilərinin geri qaytarılması gündəliyi qəbul edilsə, bu prosesdən kimin faydalanacağı sual altındadır və onların bundan real şəkildə faydalanıb-faydalanmayacağı aydın deyil.

Paşinyan deyib ki, Qarabağ ermənilərinin geri qaytarılması tələbini qaldıranlar onları sərgərdan statusuna məhkum etməyə çağırırlar.

“Amma artıq onların ünvanı var. Və bu, beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır”, – deyə o qeyd edib.

Paşinyan Qarabağ ermənilərini Ermənistan vətəndaşlığını qəbul etməyə çağırıb.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri