Icma.az
close
up
RU
Avropa qatarı: Üç yerə 5 namizəd TƏHLİL

Avropa qatarı: Üç yerə 5 namizəd TƏHLİL

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan kubokunun yarımfinal mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, “Qarabağ”la “Sabah”ın finala çıxması, “Araz-Naxçıvan”la “Neftçi”nin kubok xəyalının suya düşməsi avrokubok mübarizəsinə də müəyyən dərəcədə təsir edib.

Amma hələ də qitə səhnəsindəki 4 yerə 6 iddiaçı qalıb. “Qarabağ”ın artıq bu vəzifənin öhdəsindən gəldiyini, amma qatılacağı turnir dəqiqləşmədiyini nəzərə alsaq, üç yerə beş iddiaçı qalıb. Yarımfinal Avropa qatarının sakinlərini dəyişməyib.

“Qarabağ” kimin yolunu açacaq?
Avrokuboklara vəsiqəni hamıdan öncə həll edən “Qarabağ”ın hansı turnirə qatılacağı dəqiqləşməyib. Amma Qurban Qurbanovun yetirmələri artıq bu tur Çempionlar Liqasında yerini təmin edə bilər. Ağdamlıların cari mövsümdə çempion olmaması möcüzə sayılar ki, yalnız həmin halda komanda kuboku qazanmaqla Avropa Liqasına yollanması mümkündür. Əgər “Qarabağ” mövsümü titulsuz bitirsə, onda Konfrans Liqasında oynayacaq. Amma sonuncu iki variant real deyil. Ən inandırıcı ehtimal 12-ci çempionluğun təmin edilməsi ilə bağlıdır. Bundan sonra Çempionlar Liqasına yollanacağı dəqiqləşəcək “Qarabağ” kuboku qazanıb-qazanmaması Avropa Liqasına kimin gedəcəyinə aydınlıq gətirəcək.

“Zirə”nin “Qızıl dubl” ümidi
“Zirə”nin də qitə miqyaslı turnirlərdə olacağı şübhə doğurmur. Rəşad Sadıqovun yetirmələri bu vəsiqəni hələ təmin etməsə də, artıq həftəsonu avrokubok biletini rəsmiləşdirə bilər. Amma Bakı klubu mayın 31-dək hansı turnirə gedəcəyini bilməyəcək. “Zirə” həmin gün kubokun “Qarabağ”la “Sabah” arasındakı finalını izləməli olacaq. Qəsəbə klubu “Qarabağ”ın “Qızıl dubl”u sayəsində Avropa Liqasına, əks halda isə Konfrans Liqasına gedəcək.

Avropanın 5 addımlığında
Yarımfinalda uduzmaqla Avropa Liqası arzusundan əl çəkən “Araz-Naxçıvan” artıq iki deyil, bir cəbhədə vuruşur. Elmar Baxşıyevin yetirmələri Konfrans Liqasına yollanmaq üçün indi qərarlaşdığı 3-cü pilləni qorumalıdır. Ən yaxın izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayan Naxçıvan təmsilçisi bu üstünlüyü son 5 turda qorumalıdır ki, tarixində ilk dəfə Avropaya çıxsın. Bölgə təmsilçisi 3-cü pilləni əldən versə də, Konfrans Liqası şansını qoruyacaq. Amma onda “Araz-Naxçıvan” da mayın 31-də “Qarabağ”a azarkeşlik etməlidir.

Taleyi əlində olmayan “Turan Tovuz”
Ümumiyyətlə, finalda Ağdam klubuna azarkeşlik edənlər çox olacaq. “Zirə” Avropa Liqasına düşmək üçün “Qarabağ”dan qələbə gözləyəcəksə, Konfrans Liqasındakı ikinci yerə iddiaçı da “Sabah”ın məğlubiyyətini istəyəcək. Əgər “Turan Tovuz” son 5 turda “Araz-Naxçıvan”ı keçə bilməsə, 4-cü yerin sahibi kimi Avropaya çıxmaq üçün “Qızıl dubl” arzulamalı olacaq. Bir sözlə, “Turan Tovuz”un taleyi öz əlində deyil. Onlara çempionatda “Araz-Naxçıvan”ın büdrəmələrini gözləmək və yararlanmaq lazımdırsa, kubokda “Sabah”ın məğlubiyyətinə ümid etmək qalır.

Revanş, titul və Avropa
“Sabah”ın bütün fikirləri finala bağlanıb. Hətta mövsümün əvvəlki son oyunlarında da yalnız kuboka köklənən Vasili Berezutskinin komandası finişdəki 5 turu da final xəyalı ilə keçəcək. Mayın 31-də “Qarabağ”la qarşılaşacaq Bakı klubunun taleyi öz əlindədir. Avropa Liqasına yollanmaq üçün ilk titul qazanılmalıdır. Bu, həm də Berezutskinin həmyerlisi Murad Musayevin istefası ilə nəticələnən kubokdakı darmadağının revanşı olacaq. Əslində, “Sabah” özünü sığortalamaq üçün 4-cü yer uğrunda döyüşməlidir. Çünki “Turan Tovuz”u keçmək mümkün olsa, finalın nəticəsi Avropaya vəsiqəyə təsir etməyəcək və ən pis halda Konfrans Liqası imkanı verəcək. Hərçənd Tovuz klubu ilə 9 xallıq fərqi aradan qaldırmaq da asan deyil

Nağıl və ya “Neftçi”yə Allah kömək etməlidir
Yarımfinal Avropaya çıxmaq üçün son şansı olan “Neftçi”nin qitə kuboklarına yolu düyünə düşüb. Samir Abasovun komandası hətta Konfrans Liqası ümidi ilə vidalaşsa da, bakılıların kağız üzərində şansları qalıb. Amma bu, yalnız möcüzə, hətta möcüzədən də artığından asılıdır. Bir neçə gün əvvəl müsahibəsi zamanı “Fransaya qarşı oyunda bizə Allah kömək etməlidir” deyən Emin Mahmudovun sözləri “Neftçi”nin avrokubok şanslarına da şamil olunur. “Ağ-qaralar” həm “Sabah”ı, həm də 13 xal gerisində olduğu “Turan Tovuz”u keçərək 4-cü yerə yüksəlməli, üstəlik “Qarabağ”ın “Qizil dubl”unu arzulamalıdır. Bu isə möcüzədən çox nağıla oxşayır. “Neftçi”nin avrokubok şansı isə artıq XXXII turda bitə bilər.

Qeyd edək ki, yarımfinalda “Qarabağ” “Araz-Naxçıvan”ı (0:1, 3:0), “Sabah” “Neftçi”ni (2:1, 1:1) mübarizədən kənarlaşdırıb.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see330

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see266

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see262

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see255

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see255

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see253

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see238

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see202

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see201

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see178

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see173

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see169

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see168

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see166

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see165

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see164

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see160

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see153

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see150

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri