Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

“Avropa qübbəsi” seçkiyə müdaxiləni dəf edəcəkmi?

“Avropa qübbəsi” seçkiyə müdaxiləni dəf edəcəkmi?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Söhbət Brüsselin iyunun 7-də ermənilərin öz gələcəklərini müəyyən etmək hüququnu necə qorumasından gedir

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fəaliyyət göstərən Aİ-nin Ermənistana yeni mülki Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) yaradılmasını rəsmən təsdiqləyib. Qərargahı Ermənistanda yerləşəcək yeni missiyanın iki illik mandatı olacaq. Ona Aİ Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma üzrə direktoru Stefano Tomat rəhbərlik edəcək. Aydın məsələdir ki, bu təşəbbüs iyunun 7-də keçiriləcək parlament seçkilərinə təsadüf edən qısamüddətli monitorinq qrupunun işinin məntiqi davamı sayılmalıdır. Aİ 7 iyun parlament seçkiləri ərəfəsində Ermənistanın informasiya məkanının qorunmasını maliyyələşdirəcək. Bəs ölkəyə təhlükə haradan qaynaqlanır və bu, özünü nədə və necə göstərir?

Seçkiqabağı hazırlıq

Sualımıza cavab tapmazdan əvvəl bir qədər geriyə qayıdaraq oxuculara xatırladaq ki, 2025-ci il dekabrın 2-də Ararat Mirzoyan, Kaya Kallas və Marta Kosun Brüsseldə baş tutan görüşündə Aİ-nin parlament seçkiləri öncəsi Ermənistanın informasiya məkanının qorunmasını maliyyələşdirəcəyi qərara alınmışdı. Belə bir qərarın qəbul olunmasının əsas motivi Avropa rəsmilərinin Ermənistanla Moldovada “rus izi” paraleli apararaq xarici müdaxilə və dezinformasiya risklərinə işarə vurmaları idi. İndi bu sövdələşmənin praktik işlərdə təcəssüm etdiyini görürük. Rəsmi açıqlamaya görə, avropalı mütəxəssislər “xarici informasiya manipulyasiyası, kiberhücumlar və qeyri-qanuni maliyyə axınları” ilə mübarizəyə diqqət yetirəcəklər. EUPM-nin öhdəliklərinə Ermənistan nazirlikləri və müvafiq qurumları üçün strateji məsləhətlər və potensialın inkişafı daxildir. “Missiya, həmçinin cəmiyyətə və dövlət institutlarına qarşı mövcud təhdidlərə cavab vermək üçün effektiv mexanizmlərin işlənib hazırlanmasına, kompleks yanaşmanın təşviqinə və hökumət daxilində üfüqi əlaqələrin qurulmasına kömək edəcək”, – məlumatda deyilir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın vurğuladığı kimi, Ermənistan cəmiyyəti hazırda kütləvi dezinformasiya kampaniyaları ilə üz-üzədir və Brüsselin vəzifəsi ölkə vətəndaşlarının seçki qutularında öz gələcəklərini müstəqil müəyyən etmək hüququnu qorumaqdır. Bu məqsədlə Brüssel martın ortalarında İrəvana qısamüddətli “çevik reaksiya qrupunun” göndərildiyini elan etdi. Növbəti bir neçə həftə ərzində avropalı ekspertlərin kiberməkanda böhranların idarə olunması üçün ilkin protokolların işlənib hazırlanmasında Ermənistanın Baş naziri Aparatına və Təhlükəsizlik Şurasına yardım edəcəyi bildirilirdi.

Ehtiyacdan doğan zərurət

Aİ-nin bu qərarı 2023-cü ildə İrəvan və Moskva arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması fonunda başlayan qurumla daha geniş yaxınlaşma prosesinə uyğun gəlir. Bu dəyişikliyin katalizatoru isə 2022-ci ilin payızında Ermənistan–Azərbaycan sərhədində baş verən məlum hərbi insidentlər oldu. Aİ “gərginliyə” cavab olaraq, Ermənistanda ilk mülki müşahidəçi missiyasını yerləşdirdi. 2023-cü ilin fevralında 100 nəfərlik komanda ilə fəaliyyətə başlayan missiya tezliklə iştirakçı sayını ikiqat artırdı. 2025-ci ilin yanvarında missiyanın mandatı 2027-ci ilin fevralına qədər uzadıldı. Bu zaman Brüssel iki strukturun funksiyalarını belə fərqləndirir: birinci missiya sırf sərhədyanı ərazilərin fiziki monitorinqi ilə məşğul olur, ikincinin diqqəti Ermənistana mümkün hibrid hücumlara yönəldiləcək. Məqsəd aydındır. O da deyilir ki, avropalı diplomatların fəaliyyəti sırf müdafiə xarakteri daşıyır və missiya sülh prosesi üçün təhlükəsizlik tədbirləri barədə Bakı ilə məsləhətləşmələr aparmaq niyyətindədir.

Rəsmi İrəvan kənardan yardıma ehtiyacını müasir informasiya hücumlarının spesifikliyi ilə izah edir. Deyilir ki, bu hücumların ilkin mənbələri müntəzəm olaraq yerli fakt-checkinq mütəxəssisləri tərəfindən aşkar edilir. Ekspertlər və siyasətçilər qeyd edirlər ki, Ermənistan “ikiqat” və “çoxqatlı” prinsiplər əsasında fəaliyyət göstərən mürəkkəb dezinformasiya kampaniyalarının hədəfinə çevrilib. “Hücumçular”, misal üçün, “France 24” kimi nüfuzlu qlobal media orqanlarının klon vebsaytlarını yaradır və sonra hazırladıqları saxta məlumatları “X” və “Telegram” kanalları vasitəsilə kütləvi şəkildə sosial mediaya yayırlar. Bu proksi kampaniyanın ictimai rəyə təsirinin miqyasını təsəvvürünüzə gətirməyə çalışın.

Kreml təkzib edir...

Moskva onun ünvanına səslənən bu cür ittihamları qəti şəkildə rədd edir. Kreml Aİ-nin yeni təşəbbüsünü yalnız “geosiyasi təsir” vasitəsi və “Moldova ssenarisinin proyeksiyası” kimi qiymətləndirir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hətta İrəvana rusiyalı mütəxəssislərin alternativ köməyini təklif edib. İrəvan bu təklifə hələlik cavab verməyib. Məqsədlərinin aydın olmasına baxmayaraq, İrəvan və Brüsselin seçkidə gözlənilən təhlükələrin mənbələri ilə bağlı ritorikalarıı kəskin şəkildə fərqlənir. Kaya Kallas da daxil olmaqla, yüksək rütbəli avropalı məmurlar açıq şəkildə Rusiyanı regionda sabitliyin pozulmasının əsas mənbəyi kimi göstərsələr də, rəsmi İrəvan bu cür ittihamlardan yayınmağa üstünlük verir. Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri Arman Yeqoyan bunu praqmatizmlə əlaqələndirir, avropalı tərəfdaşlarla konseptual fikir ayrılıqlarını rədd edir. O, iddia edir ki, hibrid təhlükələr seçkilərin ertəsi günü yox olmayacaq, buna görə də İrəvan Aİ-dən uzunmüddətli institusional dəstək istəyib. Hay deputat vurğulayır ki, hakimiyyətin vəzifəsi gurultulu siyasi bəyanatlar vermək deyil, ölkənin məhdud resurslarından təhdidləri neytrallaşdırmaq üçün istifadə etməkdir: “Mən Avropa rəsmilərindən fərqli mövqedəyəm. Məqsədim Ermənistana mövcud təhlükələrin üstünə yeni təhdidlər gətirmək deyil, artıq mövcud olanları zərərsizləşdirməkdir. Biz boks rinqində deyilik, burada hər zərbə əks zərbə ilə qarşılanmalıdır”.

“Moldova ssenarisi”nin təkrarlanmaması üçün

Erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan İrəvanla Brüssel arasında seçkiyə yanaşmada fərqi açıqlayaraq deyib ki, Moskva ilə açıq şəkildə münaqişədə olan Aİ-dən fərqli olaraq, Ermənistan Rusiyadan dərin geosiyasi və iqtisadi asılılığını saxlayır. O, “DW”yə müsahibəsində bunu belə izah edib: “İstənilən gələcəkdə Ermənistan hökuməti bu əlaqələri saxlamağa məcbur olacaq, ona görə də rəsmilər Qərb paytaxtlarının radikal ritorikasına dözə bilməzlər”. Eyni zamanda, Ermənistan müxalifəti hakimiyyətin təşəbbüsünə narahatlıqla yanaşıb. Erməni Milli Konqresi (AMK) partiyasının baş nazirliyə namizədi Levon Zurabyan hesab edir ki, bu formatda Avropa strukturları ilə əməkdaşlıq parlament seçkiləri ərəfəsində özündə birbaşa risklər daşıyır. Bu missiyanın yerləşdirilməsi, eləcə də İrəvanın hibrid təhdidlərlə mübarizə bəhanəsi ilə Aİ-dən maliyyə vəsaiti istəməsi Ermənistanı Rusiya ilə Qərb arasında proksi müharibəsi platformasına çevirir. Eynilə bu yaxınlarda Moldovada baş verənlər kimi. Digər politoloqlar da Moldova təcrübəsi ilə paralellər apararaq, orada dezinformasiyaya qarşı mübarizə bəhanəsi ilə müxalifət qüvvələrinin süni şəkildə seçki yarışında iştirakdan kənarlaşdırıldığı qənaətini irəli sürürlər.

Aİ Ermənistanda partiyaya qadağa qoya bilərmi?

A.İskəndəryan Aİ-nin yeni missiyasının daxili siyasi mənzərəyə təsiri barədə tələsik nəticə çıxarmağı məsləhət görmür. O, bu missiyanın yerləşdirilməsini “İrəvanın xarici siyasətini şaxələndirmək və Aİ-yə yaxınlaşmaq istəyinin bariz göstəricisi” kimi qiymətləndirir. Eyni zamanda, qeyd edir ki, yeni qrupun real funksionallığı və “hibrid təhlükələr” konsepsiyasına konkret olaraq nələrin daxil ediləcəyi yalnız missiya fəaliyyətə başladıqdan və onun ilk nəticələri görünəndən sonra bəlli olacaq.

Bəzi müxalif dairələrin yeni missiyanın Ermənistanda “Moldova ssenarisi”nin təkrarlanması alətinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlarına gəlincə, ekspert bu məsələyə skeptik yanaşdığını bildirib. Politoloq müxalifət partiyalarının təsirini məhdudlaşdırmaq və ya onlara qadağa qoymaq üçün Ermənistanda uzunmüddətli Avropa layihələrinin qurulmasının mənasız olduğunu vurğulayıb: “Avropa İttifaqı Ermənistanda partiyaların fəaliyyətinə qadağa qoya bilməz”.

Bəli, erməni elektoratı tarixi və çox çətin seçim qarşısındadır. Ölkəsinin gələcəyə hansı yolla addımlayacağını müəyyən etməsi üçün bundan real şansının olmayacağını avropalılar deyil, özü də dərk etməlidir.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see343

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see234

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see194

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see168

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see167

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see158

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see156

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see155

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see152

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see152

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see149

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see146

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri