Avropa və ABŞ bu “sərhəd”in qorunmasını strateji prioritetə çevirsə, Ukrayna NATO nun ön xəttinə çevriləcək
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tarixi təcrübə göstərir ki, fiziki istehkamlar yalnız siyasi iradə və davamlı hərbi resurslarla gücləndirildikdə effektiv olur.
Tural İsmayılov
“Ukraynanın müdafiə qabiliyyəti təkcə xəndəklərdən və məftillərdən ibarət deyil; əsas məsələ Qərbin uzunmüddətli öhdəliyidir. Əgər Avropa və ABŞ bu “sərhəd”in qorunmasını strateji prioritetə çevirsə, Ukrayna faktiki olaraq NATO-nun ön xətti rolunu oynayacaq.
Digər tərəfdən, Rusiya üçün bu divar sadəcə fiziki baryer deyil, geosiyasi mesajdır: “Buradan o tərəfə keçmək Avropa ilə müharibə deməkdir”. Bu, Kreml üçün çəkindirici amil ola bilər. Amma Moskvanın adaptasiya qabiliyyəti də nəzərə alınmalıdır – raketlər, dronlar və hibrid metodlarla divarı aşmaq cəhdləri qaçılmazdır. Ona görə də Ukraynanın müdafiəsi yalnız istehkamlarla deyil, yüksək texnologiyalı hava və kibermüdafiə sistemləri ilə tamamlanmalıdır”-deyən Tural İsmayılov vurğulayıb ki, nəticə etibarilə, Ukraynanın “müdafiə divarı” konsepti Avropanın təhlükəsizlik arxitekturasında yeni mərhələdir.
"Müdafiə divarı" tam mənada sağlam ola bilərmi?
Politoloq bildirib ki, əgər Qərb onu yalnız simvolik deyil, real hərbi-siyasi layihə kimi qəbul edərsə, müdafiə divarının varlığı anlam və güc qazanar: “Ukraynanı “yeni sərhəd”də saxlamaq mümkündür, amma bunun üçün davamlı maliyyə, texnika və siyasi iradə tələb olunur. Əks halda, divar sadəcə məftil simvolu olaraq qalacaq”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















