Icma.az
close
up
RU
Avropada təbii qaz bazarında qeyri müəyyənlik davam edir

Avropada təbii qaz bazarında qeyri müəyyənlik davam edir

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Avropanın istinad təbii qaz bazarı olan Niderlandın TTF platformasında qazın qiyməti son həftələrdə geriləsə də, ekspertlər qış mövsümü ilə bağlı risklərin davam etdiyini bildirirlər.

Banco.az xəbər verir ki, müharibə öncəsi meqavat-saat üçün təxminən 40 avro olan qiymətlər Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün pozula biləcəyi narahatlığı ilə iyulun sonunda 60 avronu keçmişdi.

Hazırda isə qiymətlər yenidən təxminən 55 avro səviyyəsinə enib. Qiymət artımına Avropanın qış öncəsi qaz anbarlarını doldurmağa çalışdığı dövrdə qlobal LNG təklifinin azalacağı gözləntisi səbəb olub. Xüsusilə Qətərdən LNG tədarükünün ləngiməsi ehtimalı Avropanın Asiya ilə daha sərt rəqabət aparacağı narahatlığını artırmışdı.

Beynəlxalq Enerji Agentliyi (IEA) bildirib ki, ABŞ və İran arasında diplomatik təmasların başlaması və Qətərdən LNG ixracının bərpa olunacağına dair gözləntilər bazardakı riskləri azaldıb. Bununla belə, Energy Aspects şirkəti hesab edir ki, bazar bu xəbərlərə həddindən artıq nikbin reaksiya verib.

Şirkətin qiymətləndirməsinə görə, Avropa üçün əsas risk qışa hansı səviyyədə qaz ehtiyatı ilə daxil olmaqdır. Hazırda Aİ ölkələrinin qaz anbarları ötən illə müqayisədə daha az doludur və mövcud templə qışa qədər anbarların maksimum 75–78% dolacağı gözlənilir ki, bu da sərt qış üçün kifayət qədər təhlükəsizlik ehtiyatı hesab edilmir.

Analitiklər Almaniyanı ən həssas ölkələrdən biri kimi qiymətləndirirlər. Eyni zamanda, Qətərdən Avropaya LNG tədarükünün tam bərpasının ilin son rübündən tez baş verməyəcəyi proqnozlaşdırılır. Bu səbəbdən Avropa yaxın aylarda LNG tədarükündə Asiya ilə rəqabəti davam etdirməli olacaq və qaz qiymətlərində uzunmüddətli sabitləşmədən danışmaq hələ tez hesab edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri