Icma.az
close
up
RU
Avropanın bu şəhərində müsəlmanlara hücumlar 70 faiz artıb

Avropanın bu şəhərində müsəlmanlara hücumlar 70 faiz artıb

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

2024-cü ildə Almaniyanın paytaxtı Berlində müsəlmanlara qarşı hücumlar təxminən 70 faiz artıb.

Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Almaniyada fəaliyyət göstərən İslamofobiya və İslamofobiyaya Qarşı Alyansın (CLAIM) hazırladığı hesabatda, 2024-cü ildə Berlində 644 hücum və ayrı-seçkilik hadisəsinin qeydə alındığı bildirilib. Bu, 2023-cü illə müqayisədə təxminən 70 faiz artım deməkdir.

CLAIM-in həmsədri Rima Hanano Berlində keçirilən mətbuat konfransında bu tendensiyanın narahatlıq doğurduğunu bildirib və səlahiyyətliləri anti-müsəlman irqçiliyinə qarşı daha güclü tədbirlər görməyə çağırıb.

"Müsəlmanlara qarşı hücumlar təxminən 70 faiz artıb. Bu o deməkdir ki, Berlində hər gün demək olar ki, iki anti-müsəlman hadisəsi baş verir," - Hanano qeyd edib.

Hücumlarda xüsusilə qadınların hədəf alındığını bildirən Hanano, bəzi qurbanların hadisə zamanı uşaqlarının yanında olduğunu vurğulayıb.

Hesabatda müsəlmanlara qarşı ayrı-seçkiliyin məktəblərdə, yaşayış yerlərində və iş yerlərində ən geniş yayılmış olduğu qeyd edilir. Bundan əlavə, şifahi hücumlar da geniş miqyasda qeydə alınıb.

Hanano, sənədləşdirilmiş halların real hadisələrin yalnız bir hissəsini təşkil etdiyini və əsl rəqəmlərin daha yüksək ola biləcəyini vurğulayıb.

Bu tendensiya Yaxın Şərqdəki qarşıdurmalardan sonra daha da güclənib və Almaniyadakı terror hücumlarından sonra oxşar artımlar müşahidə edilib. Hanano, siyasətçilərin və medianın müsəlmanları təhlükəsizlik təhdidi kimi göstərməsinin şübhə və ayrı-seçkilik mühiti yaratdığını bildirib.

Almaniyada təxminən 5,5 milyon müsəlman yaşayır və ölkə Qərbi Avropada Fransadan sonra ikinci ən böyük müsəlman əhalisinə malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri