Icma.az
close
up
RU
Putin Qərbə güzəştə getməyəcək: Ukraynanı gözləyən SSENARİ

Putin Qərbə güzəştə getməyəcək: Ukraynanı gözləyən SSENARİ

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə keçirdiyi görüşdən sonra Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində yeni diplomatik mərhələnin başlanması gözlənilir. ABŞ nümayəndəsi növbəti danışıqlarda Avropa təmsilçilərinin də iştirak edəcəyini bildirib. Bununla belə, Kremlin Avropanın danışıqlara qoşulması ilə bağlı mövqeyi hələ tam aydınlaşmayıb.

Bəs Kremldə keçirilən görüşdən sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı hansı əsas ssenarilər gözlənilir? Avropanın danışıqlar masasına qoşulması münaqişənin həllinə töhfə verə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Mə­siyev bildirib ki, Rusiya-Ukrayna münaqişəsi artıq iki ölkə arasındakı müharibə çərçivəsini aşaraq, faktiki olaraq NATO ilə Rusiya arasında qarşıdurmaya çevrilib.

Onun sözlərinə görə, Rusiya həm hərbi, həm də siyasi müstəvidə üstün mövqedədir:

“Rusiya-Ukrayna münaqişəsi artıq qlobal savaş mənzərəsi yaradıb. Bu, artıq Rusiya-Ukrayna deyil, NATO ilə Rusiya arasında gedən müharibədir. Hesab edirəm ki, bu savaşda Rusiya həm hərbi, həm də siyasi müstəvidə qalibdir. Hərbi baxımdan ona görə üstün mövqedədir ki, Ukrayna ərazisinin təxminən 20 faizinə faktiki nəzarət edir. Siyasi baxımdan isə danışıqlar masasında şərtləri diktə edən tərəfdir.

Rusiyanın şərtləri qəbul edilməyincə, bu münaqişənin dayandırılması qeyri-mümkündür. Əgər danışıqlar müstəvisində problemə düzgün qiymət vermək istəyiriksə, səbəb və nəticə kateqoriyalarına aydınlıq gətirməliyik. Münaqişə təsadüfən baş verməyib, o, müəyyən səbəblərin nəticəsidir. Həmin səbəblər aradan qaldırılmayınca münaqişənin həlli mümkün olmayacaq.

Səbəb isə ondan ibarətdir ki, Birləşmiş Ştatlar başda olmaqla NATO bloku Rusiyanı düşmən elan edib. Rusiyanı dünya siyasi xəritəsindən silmək məqsədilə onun ətrafındakı dövlətlərdə siyasi proseslərə müdaxilə olunub, ayrı-ayrı ölkələr öz təsirləri altına salınaraq Rusiyaya qarşı istifadə edilib. Təbii ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi Moskvanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır. Rusiya Prezidenti dəfələrlə bu barədə açıq bəyanatlar verib”.

Politoloq hesab edir ki, münaqişənin uzanmasında ABŞ və Avropanın da məsuliyyəti var. Onun fikrincə, 2022-ci ildə İstanbulda əldə olunması gözlənilən razılaşmadan imtina edilməsi müharibənin davam etməsinə gətirib çıxaran əsas məqamlardan biridir:

“2014-cü ildə Ukraynada xalq tərəfindən seçilmiş prezidentin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ABŞ və Qərbin dəstəyi ilə özlərinə uyğun hakimiyyət formalaşdırıldı və Ukrayna Rusiyaya qarşı istifadə edilməyə başlandı. Nəticədə münaqişə yarandı. Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və hərbi qüvvələri ölkənin daha dərin ərazilərinə doğru irəliləməkdədir.

Münaqişəni qızışdıran tərəflər ABŞ və Avropadır. ABŞ-nin indiki prezidenti Donald Tramp da açıq şəkildə bəyan edib ki, bu münaqişənin yaranmasına Co Bayden administrasiyasının siyasəti səbəb olub.

Xatırladaq ki, 2022-ci ildə İstanbul razılaşması gündəmdə idi. Həmin vaxt tərəflər müəyyən razılığa gəlmişdilər. Lakin Böyük Britaniyanın ozamankı Baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərməsi nəticəsində Ukrayna bu razılaşmadan imtina etdi. Nəticədə münaqişə davam etdi və ən böyük zərəri Ukrayna xalqı çəkdi”.

A.Mə­siyev hazırkı danışıqlarda Avropa İttifaqının iştirakının da münaqişənin həllini çətinləşdirə biləcəyini düşünür. O, Rusiyanın Avropa ölkələrini münaqişənin tərəfi hesab etdiyini və bu səbəbdən onların danışıqlar masasında iştirakına ehtiyatla yanaşdığını vurğulayıb:

“Hazırkı mərhələdə Ukrayna ilə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa və Avropanın digər dövlətləri də bu münaqişədə aktiv iştirak edirlər. Hərbi və maliyyə yardımları göstərməklə müharibənin uzanmasına şərait yaradırlar.

Rusiya tərəfi açıq şəkildə bildirir ki, Avropa İttifaqı münaqişənin tərəfidir. Bu baxımdan Moskva Avropa ölkələrinin danışıqlar masasında iştirakına birmənalı yanaşmır. Hesab edirəm ki, əsas söz sahibi Birləşmiş Ştatlardır. Çünki Avropanın siyasi mövqeyinə də Vaşinqtonun təsiri böyükdür. Rusiya faktiki olaraq ABŞ ilə danışıqlar aparır”.

Azad Məsiyev: Bu, Rusiya ilə NATO arasında gedən müharibədir, Ukrayna isə döyüş poliqonuna çevrilib

Politoloq vurğulayıb ki, Kremldə keçirilən görüş və yeni danışıqlar formatı müharibənin dərhal başa çatacağı anlamına gəlmir. Onun qənaətincə, Rusiya öz tələblərindən geri çəkilmək niyyətində deyil:

“Rusiya-Ukrayna müharibəsi Amerikanın strateji planının tərkib hissəsidir. Bu münaqişə təsadüfən yaranmayıb, Birləşmiş Ştatlar tərəfindən uzun müddət hazırlanmış ssenaridir. Həmin ssenarinin həyata keçirilməsində Avropa İttifaqı və Ukraynadan alət kimi istifadə olunur.

Faktiki olaraq, bu, Rusiya ilə NATO arasında gedən müharibədir, Ukrayna isə döyüş poliqonuna çevrilib. Açıq deyək ki, Rusiya həm hərbi, həm də siyasi müstəvidə üstün mövqedə olduğunu düşündüyü üçün geri çəkilmək niyyətində deyil. Moskva müharibənin dayandırılması üçün Ukraynanın öz ərazisindən geri çəkilməsini, Rusiyanın nəzarətində olan və özünə birləşdirdiyini elan etdiyi ərazilərin statusunun qəbul edilməsini tələb edir. Əks təqdirdə, Ukrayna yeni ərazilər itirə bilər.

Münaqişə davam edərsə, Rusiyanın Odessa və Xarkov istiqamətində də irəliləməyə çalışacağını düşünürəm. Artıq Zelenski Ukraynada baş verən proseslərə tam nəzarət etmir. Ölkə Avropa İttifaqının, xüsusilə Brüsselin təsiri altındadır.

Hesab edirəm ki, Rusiyanın əsas şərtləri qəbul edilməyəcəyi təqdirdə, münaqişə dayandırılmayacaq. Danışıqların yeni formatda davam etməsi mümkündür, lakin bunun real sülhə gətirib çıxaracağı hələ sual altındadır. Müharibənin uzanmasından isə ən böyük zərəri yenə Ukrayna xalqı görəcək”.

Zeynəb Rzayvea

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri