Avropanın dron divarı Macarıstana görə baş tutmaya bilər
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstan hökumətinin NATO-nun şərq sərhədində Avropanın "dron divarı" layihəsində iştirakdan imtina etməsi bütün layihə üçün risk daşıyır.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti Avropa İttifaqının təhlükəsizlik ekspertlərinə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, Rusiyanın blokdakı ən yaxın müttəfiqlərindən biri olan Macarıstan bu layihədə iştirak etməyəcək. Bu isə o deməkdir ki, "dron divarının" mərkəzində 96 min kvadratkilometrlik dəlik yarana bilər.
Xatırladaq ki, "dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələr arasında Rusiya ilə sərhəddə çoxqatlı monitorinq sistemi və avtomatlaşdırılmış pilotsuz uçuş əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlmiş birgə təşəbbüsdür. Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 29 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















